Fransa prezidenti Emmanuel Makron və Çin lideri Si Tsinpin 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasının lehinə çıxış ediblər...
Çin prezidenti Si Tsinpin Çin liderinin Parisə səfəri zamanı tərəflər müstəqil və yaşaya bilən Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduqlarını bəyan ediblər.
Poliqon xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Xəbərdə q eyd edilib ki, Si Tsinpin və Makron bu dövlətin 1967-ci il sərhədləri daxilində mövcud olması barədə razılığa gəliblər.
“İki dövlət başçısı 1967-ci il sərhədləri daxilində olan, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına çağırıblar”, deyə Çin Mərkəzi Televiziyası məlumatında bildirilib.
Qeyd edək ki, Makron və Tsinpin Fransada danışıqlardan sonra İranla bağlı nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.
Poliqon.info