Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Putinlə görüşü Rusiya-Ermənistan müttəfiqliyində dönüş nöqtəsi ola bilərmi?..

Nikol Paşinyanın Putinin andiçmə mərasimində və qələbə paradında iştirak etməyəcəyi barədə açıqlamalar verilib...

Politoloq: “Rusiya-Ermənistan münasibətlərinəki gərginlik fonunda Paşinyanın Putinin inaqurasiyasına getməməsi əslində iki ölkənin dövlət maraqlarına dəxli yoxdur. Bu, Paşinyanın Putinə acıqlı olmasının nəticəsidir”.

“Aİİ iclasında Paşinyan Putini yenidən Rusiyanın Prezidenti seçilməsi səbəbi ilə təbrik edəcək.
Bununla da Rusiya-Ermənistan müttəfiqliyi ən azı hələlik davam edəcək”.

Bu sözləri politoloq Azər Qasımov gözlənilən Putin-Paşinyan görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Həm Rusiyadan, həm də Ermənistandan verilən açıqlamalarda Nikol Paşinyanın Putinin andiçmə mərasimində və qələbə paradında iştirak etməyəcəyi barədə açıqlamalar verilib. Bununla belə Paşinyan sabah Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etmək üçün Moskvaya yollanacaq və orda Putinlə görüşəcək.

Bəs, həddindən artıq ağır atmosferdə keçəcəyi gözlənilən görüş Rusiya-Ermənistan müttəfiqliyində dönüş nöqtəsi ola bilərmi?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanın Qərbə inteqrasiya etməklə Rusiyadan uzaqlaşması sadəcə görüntü yaratmaqdır”.

ABŞ-dakı prezident seçkilərinin və bundan sonrakı hadisələrin Cənubi Qafqaz regionunun siyasi arxitekturasında dəyişikliklərə səbəb olacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bundan sonra Ermənistan, ya digər ölkələr öz istiqamətlərini daha dəqiq biləcəklər:

Rusiya-Ermənistan münasibətlərinəki gərginlik fonunda Paşinyanın Putinin inaqurasiyasına getməməsi əslində iki ölkənin dövlət maraqlarına dəxli yoxdur. Bu, Paşinyanın Putinə acıqlı olmasının nəticəsidir. Rusiya-Ermənistan əlaqələri əvvəlkindən də yaxşı inkişaf edir. Odur ki, Rusiyanın Ermənistana qarşı hansısa ciddi təxribat və ya təzyiq edəcəyini gözləmək sadəlövhlük olardı. Bunu Paşinyanın Avrasiya İqtisadi İttifaqının iclasına gedəcəyi isbat edir.

Paşinyan Putinə ondan incidiyini göstərmək istəyir. İnaqurasiya mərasiminə getməmək də bunun üçün yaxşı fürsətdir. Hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində ciddi problem yaradacaq hadisələr olmayacaq.

Ermənistanın Qərbə inteqrasiya etməklə Rusiyadan uzaqlaşması sadəcə görüntü yaratmaqdır. Bu, nə iqtisadi-siyasi, nə də coğrafi olaraq mümkün deyil. Ermənistan Qərbə ancaq Türkiyə üzərindən inteqrasiya edə bilər. Paşinyanın addımlarından da bu görünür.

Aİİ iclasında Paşinyan Putini yenidən Rusiyanın Prezidenti seçilməsi səbəbi ilə təbrik edəcək.
Bununla da Rusiya-Ermənistan müttəfiqliyi ən azı hələlik davam edəcək.

ABŞ-dakı Prezident seçkiləri və bundan sonrakı hadisələr zatən Cənubi Qafqaz regionunun siyasi arxitekturasında dəyişikliklərə səbəb olacaq. Bundan sonra Ermənistan və digər ölkələr öz istiqamətlərini daha dəqiq biləcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar