Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK rəhbəri: Putin imperiyaları və avtokratiyaları Avropaya qaytarmaq istəyir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, Vladimir Putin qaydalara əsaslanan Avropa nizamını pozaraq imperiyaları və avtokratiyaları Avropaya qaytarmaq istəyir...

Poliqon xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.

O, qitəni və Ukraynanı qorumaq üçün hər şeyi etməyə hazır olan Avropa İttifaqının tərəfdarı olduğunu vurğulayıb. Fon der Leyenin sözlərinə görə, Rusiyanın hərəkətləri Avropanın xəritəsini yenidən cızmaq cəhdi və qaydalara əsaslanan sistemə qarşı mübarizədir.

Fon der Leyenin fikrincə, Vladimir Putin qitəyə imperiyaları və avtokratik hakimiyyəti qaytarmaq istəyir. AK rəhbəri hesab edir ki, Moskvanın planları ilə bağlı heç bir illüziyaya qapılmaq olmaz.

Bundan əvvəl Ursula fon der Leyen Avropa Parlamentinə seçkilərdən əvvəl Putinin dostları olan və Avropa İttifaqını məhv etmək istəyən ifrat sağçı və solçu siyasi qüvvələri dəstəkləməmək barədə xəbərdarlıq etmişdi.

"Bəli, Avropa üçün təhlükə realdır. Biz nə demokratiyamızı, nə də ümumi Avropamızı təbii qəbul etməməliyik. Biz indi demokratiya və Avropa üçün ayağa qalxmalı olduğumuz an yaxınlaşırıq. Gəlin özümüzü aldatmayaq: Putinin dostları parçalanma prosesi vasitəsilə Avropa İttifaqını daxildən dağıtmaq istəyirlər", deyə fon der Leyen bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Rusiya Xankəndində konsulluq açmaq istəyir... - Bu erməniləri Qarabağa qaytarmaq üçün yeni bir cəhddir?

Ən çox oxunanalar