Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Ermənistanın Baş naziri Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır...

Politoloq: “Bu proses də konkret olaraq Nikol Paşinyanın devrilməs ilə nəticələnməyəcək. Çünki xalqın böyük əksəriyyətinin etimadı Nikol Paşinyanadır və Paşinyan da bu prosesləri çox düzgün həyata keçirir”.

“On gündən artıqdır ki, davam edən etiraz aksiyalarına qoşulanların nisbəti çox aşağı səviyyədədir. Bu güclə onlar hakimiyyəti dəyişmək imkanına sahib deyillər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda baş verən etirazları Poliqon-a şərh edərkən qeyd edib.

Görünən odur ki, Nikol Paşinyan Azərbaycanla sülh gündəliyi üzrə konstruktiv mövqe sərgilədikcə, ona qarşı olan cəbhənin də aktivliyi artır. Paşinyan indi faktiki olaraq erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, və s. qüvvələrlə mübarizə aparmaq məcburiyyətindədir. Əslində bu qüvvələrin çoxusu da məhz Rusiyaya bağlıdır və eyni mərkəzdən idarə olunur.

Bu arada maraq doğuran məsələlərdən biri də Rusiyanın Azərbaycan-Ermənistan sərhədində aparılan delimatasiya işlərini alqışlamamsıdır. Rusiya demək olsr ki, çox azsaylı ölkələrdən biridir ki, Azərbaycan-Ermənistan sərhədində aparılan delimatasiya işlərindən heş də mənun olmadığını ortaya qoymaqdadır. Bu da bir daha Moskvanın AzərbaycanErmənistan dövlətlərinin sülh içində olmalarına qarşı olduğunu sübut edir. Moskva AzərbaycanErmənistanın sülhə yaxınlaşmasını nəinki alqışlamır, hətta bu sülhə mane olmaq üçün bütün imkanlarını işə salıb. Bu gün Ermənistanda delimitasiya proseslərinə qarşı olanlar da məhz Rusiyanın 5-ci kolonu kimi çıxış edir.

Bəs, Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rusiya da çalışır ki, bu etirazlarla Nikol Paşinyana müəyyən qədər təsir etsin. Amma hesab edirəm ki, burada aparıcı qüvvə Ermənistan xalqdır”.

Ermənistanda formalaşacaq hər bir yeni hakimiyyətin Azərbaycanla münasibətlərin pozulması üçün çalışacağını, sülhə qarşı olacağını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da əlbəttə ki, yeni müharibənin başlamasına yol açacaq:

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiya demokrasiyasının prosesinə başlaması, sülh gündəliyinin gündəmə gəlməsi, xüsusilə 4 kəndin Azərbaycana qaytarılması fonunda Ermənistanda etirazların başlamasına şahid oluruq. Bu etirazlara rəhbərliyi birbaşa kilsə həyata keçirir. Erməni katalokosu İkinci Qaragin bu prosesin pərdəarxasındadır. Hətta buna Robert Köçəryan, Serj Sarkisyan da dəstək verir. Həmçinin diaspor da bu məsələdə var.

Hesab edirəm ki, bunlar bir araya gəlsə də, Ermənistan əhalisinin bu qrupa etimadı yoxdu .On gündən artıqdır ki, davam edən etiraz aksiyalarına qoşulanların nisbəti çox aşağı səviyyədədir. Bununla da onlar məhz hakimiyyəti dəyişmək gücündə deyillər. Bu proses də konkret olaraq Nikol Paşinyanın devrilməs ilə nəticələnməyəcək. Çünki xalqın böyük əksəriyyətinin etimadı Nikol Paşinyanadır və Paşinyan da bu prosesləri çox düzgün həyata keçirir.

Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan öz praqmatik siyasətini ortaya qoyacaqsa, xalqla ünsiyyətini inkişaf etdirə biləcəksə, ona qarşı formalaşmış cəbhəni parçalaya biləcək”.

Əgər Paşinyan öz siyasi iradəsini davam etdirəcəksə, xüsusilə Azərbaycanla Ermənistan arasında sulh müqaviləsinə gedəcəksə, əlbəttə ki, onda hakimiyyətini qoruyacaq. Revanşistlərin, Qarabağ klanının kilsəsnin ona mane olduğunu görürük. Amma əsas xalq kütləsidir. Nikol Paşinyan görsə ki, xalqın əsas hissəsi etirazlara başlayır əlbəttə ki, öz tərəfdarlarını ətrafına toplayıb Ermənistanda böyük mitinqlərə başlaya bilər. Çünki Ermənistan əhalisinin böyük qismi Nikol Paşinyanı dəstəkləyir.

Rusiya da çalışır ki, bu etirazlarla Nikol Paşinyana müəyyən qədər təsir etsin. Amma hesab edirəm ki, burada aparıcı qüvvə Ermənistan xalqdır. Xalq da Nikol Paşinyanın yanındadır və müharibənin olmasını istəmirlər. Çünki yeni hakimiyyət Azərbaycanla münasibətlərin pozulması, sülhə qarşıdır. Bu da əlbəttə ki, yeni müharibədi. Ona görə də xalq revanşistlərə dəstək verməyəcək. Nikol Paşinyan öz praqmatik siyasətini ortaya qoyacaqsa, xalqla ünsiyyətini inkişaf etdirə biləcəksə, ona qarşı formalaşmış cəbhəni parçalaya biləcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Türkiyəli məşhur aktrisa 38 yaşında vəfat etdi

Ceyhun Bayramov Pakistanda səfərdədir - Yenilənib

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

Ən çox oxunanalar