Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Anaları tərəfindən küçəyə atılan qız uşaqlarının kiçik bacısı da sığınacağa yerləşdirilib...

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat paylaşıb.

“Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağı sığınacağımıza gətirilmişdi. Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalacaq. Bacılar gələn gündən DYP əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır. Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”.

Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.

M.Zeynalova məlumatı təsdiqləyib:

“Bacıları əvvəl də paylaşmışdıq. Onlar uşaq evində qalıblar. Daha sonra qızlardan biri analarını istəyib. Uşaq evi tərəfindən analarına təhvil verilib. Bir müddət sonra ana ona şiddət və zorakıllıq tətbiq edib. Sonra baxımsız vəziyyətdə küçəyə tərk edib. Kiçik uşaqları özündə saxlamışdı. əvvəlcə iki bacı Sosial Xidmət agentliyinin əməkdaşları tərəfindən buraya gətirildi. Daha sonra digərini də bizim sığınacağa yerləşdirdi. Üç bacı sığınacağımızda qorunur. Ümumilikdə beş uşaqdırlar. Böyüyü oğlandır. Gəlmək istəmir. Digəri isə xəstəxanada müalicə alır.

Ananın yanında qalmaları təhlükəlidir. Hələ təhsilləri bərpa olunmayıb. Hazırda psixoloji yardım alırlar. Geyimlə təmin olunublar. Binəqədi rayonunda yaşayırdılar. Ataları bunları tərk edib. Analarının da psixoloji problemi var. Qohumları belə, körpələrə sahib çıxmaq istəmirlər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı baş tutub

Yayda dəriyə qulluq necə olmalıdır? – Dermatoloq məsləhəti

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"

Ən çox oxunanalar