Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Paşinyanın bu cür etirazlarla hakimiyyətdən gedəcəyini düşünmürəm...

Ermənistandakı revanşistlər erməni kilsəsinin rəhbərliyi altında Paşinyanın istefasını tələb edirlər..

Kənan Novruzov: “Ermənistanda aksiyalar hələ bir neçə gün davam edəcək. Amma bu aksiyaların Paşinyanın hakimiyyəti üçün ciddi təhdid olacağını düşünmürəm”.

“Etiraf etmək lazımdır ki, Qərb Paşinyana dəstək verir və onun hakimiyyətini qorumağa çalışır. Çünki bu Qərbə lazımdır”.

Bu sözləri politoloq Kənan Novruzov Ermənistanda keçirilən aksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan revanşistləri erməni kilsəsinin rəhbərliyi altında Paşinyanın istefasını tələb etdilər. Lakin görünən odur ki, Ermənistanın mövcud durumundan narazı olan müxalifətin vəziyyətdən çıxış yolu barədə strategiyası və təsəvvürü yoxdur.

İrəvanda kilsənin rəhbərliyi ilə keçirilən dünənki mitinqin fonunda Ermənistan müxalifətinin vəziyyətini necə dəyərləndirmək olar?

Ermənistan baş verənləri Poliqon-un əməkdaşı "Report" informasiya agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Paşinyan əleyhinə aksiyaya çıxanların əksəriyyəti sadəcə kilsə, müxalifət tərəfindən idarə olunan təbəqədir”.

Bu vaxta qədər Paşinyan əleyhinə belə çıxışların olduğunu xatırladan politoloq bildirib ki, Paşinyan hakimiyyətini qorumağa bacarıb:

Ermənistanda etiraz edənlər Paşinyana istefa üçün bir saat vaxt vermişdilər. Amma bir saatdan sonra meydanda çox az adam qaldı. Bu da onu göstərir ki, əslində Paşinyan əleyhinə aksiyaya çıxanların əksəriyyəti sadəcə kilsə, müxalifət tərəfindən idarə olunan təbəqədir. Yəni onların aksiyaya qoşulması ürəkdən gəlmir. Çünki ürəkdən gəlsə, meydanda qalarlar.

Bu vaxta qədər Paşinyan əleyhinə belə çıxışlar çox olub. Amma Paşinyan hakimiyyətini qorumağa bacarıb. Hətta İkinci Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq o adam hakimiyyətdə qaldı. Mən demirəm ki, Paşinyan qəhrəmandır. Amma etiraf etmək lazımdır ki, Qərb Paşinyana dəstək verir və onun hakimiyyətini qorumağa çalışır. Çünki bu Qərbə lazımdır. Nə vaxt lazım olmayacaq onda Paşinyan təxminən Gürcüstan prezidenti Mixail Saakaşvilinin taleyini yaşaya bilər. Ancaq bu onun üçün hələ tezdir.

Yəqin ki, Ermənistanda aksiyalar hələ bir neçə gün davam edəcək. Amma bu aksiyaların Paşinyanın hakimiyyəti üçün ciddi təhdid olacağını düşünmürəm. Ümumiyyətlə, Paşinyanın bu cür etirazlarla hakimiyyətdən gedəcəyini düşünmürəm. Bəlkə də, haçansa ona qarşı sui-qəsd cəhdi ola bilər. İndiki halda bu da real görünmür. Çünki Paşinyanın mühafizəsi kifayət qədər güclüdür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar