Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkə əhalisinin azalması çox təhlükəlidir” - Sosioloqdan həyəcan təbili

9 ay müddətində 10 milyonluq ölkə əhalisinin cəmi 63009 nəfər və ya 0,6 faiz artması demoqrafik təhlükə deyilmi?..

Sosioloq: “Azərbaycanda bu vaxta qədər belə az artım olmamışdı”.

Əhali artmayanda bir çox problemlər ortaya çıxır. Məsələn yaşlılar çoxalır və onlara pensiya təminatı çətinləşir. Həmçinin əhali arasında vergi ödəyiciləri azalır”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda son 9 ayda əhalinin 0.6 faiz artmasını PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin son məlumatında bildirilir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.

9 ay müddətində 10 milyonluq ölkə əhalisinin cəmi 63009 nəfər və ya 0,6 faiz artması demoqrafik təhlükə üçün həyəcan təbili çalmağa əsas verirmi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Əhməd Qəşəmoğlu: “Biz qanunvericilik sistemimizi elə dəyişməliyik ki, ailədə üç uşağı keyfiyyətli şəkildə böyütməyə imkan olsun”.

Ölkə əhalisinin azalmasını təhlükəli hesab edən sosioloq PİA.az-a açıqlamaslnda əlavə edib ki, əhalinin sayı azalanda ölkəyə daha çox miqrantlar gəlir. Ölkəyə miqrantlar gələndə də etnik tərkib dəyişir. Etnik tərkibin dəyişməsi isə sonradan ortaya başqa problemlər çıxarır:

Azərbaycanda bu vaxta qədər belə az artım olmamışdı. Hər zaman çalışmaq lazımdır ki, əhalinin çox yox müəyyən faizdə artımı olsun. Əhali artmayanda bir çox problemlər ortaya çıxır. Məsələn yaşlılar çoxalır və onlara pensiya təminatı çətinləşir. Həmçinin əhali arasında vergi ödəyiciləri azalır.

Digər bir tərəfdən əhalinin artımı az olanda bu ölkənin müdafiə qabliyyətinə təsir edir. Təbii ki, əhalinin sayı azılanda oğlanlarən da sayı azalır. Bu da xoşagəlməz haldır.

Bir tərəfdən də ən xoşagəlməz hal odur ki, əhali azalanda göstərilən statistika bir azdan mənfiyə də keçə bilər. Son on ili müqayisə etsək görəcəyik ki, get-gedə azalma olub. Bu azalma da mənfi indeksə keçə bilər. Yəni ölkədə əhali artımı olmaz və əhalinin sayı kifayət qədər azala bilər.

Ölkə əhalisinin azalması təhlükəlidir. Çünki bu zaman ölkəyə daha çox miqrantlar gəlir. Ölkəyə miqrantlar gələndə də etnik tərkib dəyişir. Etnik tərkibin dəyişməsi isə sonradan ortaya başqa problemlər çıxardır.

Sosioloq: “Buna görə də biz mənim hər dəfə dediyim, amma heç kəsin eşitmək istəmədiyi məsələ, yəni uşaq pulu və sosial müdafiə üçün çalışmalıyıq”.

Buna görə də biz mənim hər dəfə dediyim, amma heç kəsin eşitmək istəmədiyi məsələ, yəni uşaq pulu və sosial müdafiə üçün çalışmalıyıq. Bu məsələ elə həll edilməlidir ki, hər ailədə 3 uşaq böyütmək imkanı olsun. Hər ailədə iki uşağın böyüməsi o deməkdir ki, iki adamdan iki uşaq əmələ gəlir və sonsuzları, evlənməyənləri nəzərə alanda ölkədə uşaq azalır. Hətta bir uşaq olanda lap kəskin şəkildə azalma baş verir. Amma ailədə üç uşaq olanda sonsuzlar, ailə qurmayanlar, uşaqları vaxtsız ölənlər nəzərə alınaraq ölkədə əhalinin artımı normal tənzimlənir.

Biz qanunvericilik sistemimizi elə dəyişməliyik ki, ailədə üç uşağı keyfiyyətli şəkildə böyütməyə imkan olsun. Yəni həmin uşaqlar tibbi cəhətdən sağlam, mənəvi cəhətdən zəngin olmalıdırlar. Belə olamda əhali keyfiyyətli əhali sayılır. Amma təəssüf ki, bu məsələlərdə parakəndəlik var. Buna görə də gələcəkdə xoşagəlməz hallar ola bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar