Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident prioritetləri dəyişir

Prezident İlham Əliyev iqtısadi məsələlər üzrə köməkçisi, 64 yaşlı Əli Əsədovu baş nazir təyin etdi...

O, rəsmi açıqlamaya görə, öz istəyi ilə istefa verən 73 yaşlı Novruz Məmmədovu əvəz edəcək. Nəzərə alsaq ki, Azərbaycan kimi ölkədə hakim elitada ancaq birinci şəxsin istəyi olur, o zaman hökumət başçısının dəyişdirilməsi ilə bağlı bu versiya inandırıcı görünmür.

Prezidentin öz siyasətində prioritetlərin dəyişdirilməsi haqqında qərar qəbul etdiyi haqqında versiyanın daha inandırıcı olduğunu, hakimiyyət vertikalının üstqurumu təhlükəsizlik və sabitliyin yerinə təməl iqtisadi sabitlik və inkişafın gəldiyini demək olar.

Prezident yanında xarici siyasi məsələlərə kuratorluq edən Novruz Məmmədov 2018-ci il aprelin 21-də baş nazir təyin edildikdən sonra biz yazdıq ki, "hökumət başçısının hazırkı təmsilçilik statusunu və N.Məmmədovun şəxsiyyətini ehtiva edən bu prosedur göstərir ki, ali hakimiyyətin təhlükəsizliyi və dayanıqlığı məsələsi iqtisadiyyata nisbətən prioritetdir".

2002-ci ildən baş nazir dövlətdə ikinci şəxs olub və onun əsas təyinatı dövlət başçısını fors-major durumda əvəz etmək, prezident və onun real (baş nazir kimi nominal yox) varisi tərəfindən qarşıya qoyulmuş vəzifələr çərçivəsində sonrakı prosedurları həyata keçirmək idi.

2016-cı ildən, vitse-prezident vəzifəsi tətbiq edildikdən sonra baş nazirin siyasi funksiyası öz əhəmiyyətini tam olmasa da bir qədər itirdi.

Real varis Mehriban Əliyeva oldu. O 2017-ci il fevralın 21-də ildə birinci vitse-prezident təyin edildi. Ancaq bu statusda özünü tam şəkildə təsdiqləmək üçün öz nüfuzunun artırılması və prezidentlə birlikdə müxtəlif sahələrə, xüsusən kurasiyasına daxil edilən sosial-iqtisadi sahəyə paralel nəzarət etmək üçün tədbirlər paketi həyata keçirməli oldu.

Bununla əlaqədar birinci vitse-prezidentin mövqeyinin gücləndirilməsi şəraitində iqtisadiyyatın inkişafı ilə bağlı 12 strateji yol xəritəsində göstərilən və 2016-cı ilin dekabrında qəbul edilmiş, lakin səriştəli nazirin olmaması səbəbindən zəlf reallaşan digər məsələlərin həyata keçirilməsi bu gün ön plana çıxır.

Daxili siyasətin sosial-iqtisadi aspektlərinin ön plana çıxması cəmiyyətin sosial vəziyyətdən açıq narazılığını göstərir. Bu ilin 19 yanvar mitinqindın sonra prezident sosial gərginliyin azaldılması ilə bağlı xeyli tədbirlər görüb. Lakin böyük insan və maddi potensialın qarşılığında zəif inkişaf edən iqtisadiyyatın durumu daha qətiyyətli tədbirlər, maliyyə və kadr resurslarının optimalaşdırılmasını tələb edir.

20 ildir prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postunu tutan Əli Əsədov müxtəlif sahələrdə Əliyev üçün əhəmiyyətli olan layihələrin maliyyələşməsi və irəliləməsinə nəzarət işində uğurlu kadr sayılır. Ən azı, onun bu təcrübəsi hökumətin fəaliyyətində bir iş axını yarada bilər.

Lakin bütün bunlarla yanaşı prezidentlər Əliyevlərin uzun müttəfiqi kimi Əsədov dövlət ierarxiyasında üçüncü şəxs kimi baş nazir mövqeyinin siyasi əhəmiyyətini qoruyub saxlayır.

pia.az


Etiket: Mehman Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar