Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə - Böyük biabırçılıq

Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobus məktəblərimizə necə yol tapıb? Bu suala Gömrük Komitəsi və Təhsil Nazirliyi cavab verməlidirlər...

“Facebook” sosial şəbəkə istifadəçisi Faiq Ömər Sofuoğlu maraqlı və maraqlı olduğu qədər də Azərbaycan adına biabırçı olan bir məlumat paylaşıb.

PİA.az xəbər verir ki, Faiq Ömər Sofuoğlu sözü keçən statusunda bildirir ki, məktəblərimizdə şagirdlərə Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobusdan istifadə olunur və bu biabırçılığı uşaqlar aşkar ediblər. Maraqlıdır ki, sözü keçən qlobusu nə Təhsil Nazirliyinin əməkdaşları, nə müəllimlər aşkar etməyiblər. Məhz şagirdlər aşkar edibıər...

PİA.az Faiq Ömər Sofuoğlunun statusunu olduğu kimi təqdim edir:

“Səhv etmirəmsə Çin istehsalı olan bu qlobusdakı təhrifləri şagirdlərim aşkar edib. Azərbaycanımızın canı olan Qarabağımız,Naxçıvanımız ermənistanın tərkibində təsvir edilib. Məqsəd bəllidir. Bəs görəsən hansı qara quvvədir bunları respublikamıza gətirən?”.

Bəs həmin qlobuslar ölkəmizə necə gəlib və kimlər tərəfindən gətirilib? Gömrükdə bir iynəni belə gözdən qaçırmayan Gömrük Komitəsinin işçiləri necə olub ki, bu böyük təxribatı gözdən qaçırıblar? Eyni zamnda Təhsil Nazirliyi bu qlobusların məktəblərdə tədris olunmasına necə imkan verib. Bu boyda təxribatı kimlər və necə həyata keçirə bilib. Bütün bu suallara Dövlət Gömrük KomitəsiTəhsil Nazirliyi aydınlıq gətirməlidir. Həmçinin Gömrük Komitəsi bu qlobusların hansı şirkət vasitəsi ilə ölkəmizə gətirildiyinə aydınlıq gətirməlidir. Suallarımıza cavab gözləyirik...

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar