Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rəcəb Quliyev, yoxsa Fərəc Quliyev? - Neçə illik deputatın görüşünə gələnlər onu tanımır?

Fərəc Quliyevin sakinlərlə görüşü fiaskoya uğrayıb

Milli Məclisinin 10 illik deputatı; Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev 9 fevral seçkilərində yenidən namizəddir. Əvvəlki illərdə olduğu kimi Fərəc Quliyev namizədliyini 31 saylı ikinci Suraxanı seçki dairəsindən verib. Dairə isə Yeni Günəşli və Qaraçuxur kimi iki böyük qəsəbəni əhatə edir. Ərazidə kifayət qədər əhalinin kompakt yaşamasına baxmayaraq Fərəc Quliyevin dünən keçirtdiyi sakinlərlə görüş fiaskoya uğrayıb. Bununla bağlı, həmin dairədən namizəd və videoblogger Mehman Hüseynov görüşdən etdiyi çəkiliş zamanı bildirib. O görüşə gələn sakinlərə suallar ünvanlasa da, sakinlərin bir çoxu suallardan yayınıb, bir qismi isə hara gəldiyindən xəbərsiz olduğunu bildirib, hətta Rəcəb Quliyevin görüşünə gəldiyini deyən də olub...
Videobloggerin sözlərinə görə, görüşə çağırılan qadınların əksəriyyəti müəllimədir və bir çoxunun isə qeydiyyatı başqa rayonlaradır. Mehman Hüseynov görüşdən çəkdiyi görüntüləri öz feysbuk səhifəsində yayımlayıb.


pia.az


Etiket: Fərəc Quliyev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

"Paşinyan bizə o qədər mövzu verib ki..." - Müşviq Abbasov

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

ABŞ-da növbəti humanitar atəşkəs elan edildi - Sabah səhər saat 08.00-dan...

Kiçilən düşmən, böyüyən, bütövləşən məmləkət – İnteraktiv xəritə

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

27 ildən sonra işğaldan azad olunan Qubadlı - Fotosessiya

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü - Video

loading...

Ən çox oxunanalar