Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və ABŞ-ın sahib olduğu “Qiyamət günü təyyarəsi” nədir? - Foto

“Qiyamət günü təyyarəsi” kimi tanınan “II-80” illər sonra Rusiyanın Qələbə paradının məşqində nümayiş olunub. ABŞ-da da fövqəladə hallar üçün eyni məqsədli təyyarənin hazır vəziyyətdə saxlandığı bildirilir.

Bu il Rusiyanın Qələbə paradına hazırlıqlar əsnasında Moskva səmalarında Müqəddəs Vasili Kilsəsi üzərində Tu-160 strateji bombardman təyyarələri və səsdən sürətli reaktiv təyyarələrin uçuşu baş tutub. Digər tərəfdən də “II-80” olaraq da tanınan “Qiyamət günü təyyarəsi” 2010-cu ildən bəri ilk dəfə görünüb.

 Bu təyyarənin nüvə təhlükəsi vəziyyətində Rusiya dövlət başçısı və yüksək səviyyəli siyasətçiləri havada səfərbər etməsi nəzərdə tutulur.

Putinin bu təyyarəni nümayişindən 24 saat sonra ABŞ-ın eyni məqsədlə hazırlanan və “Gecə keşikçisi” adı ilə bilinən Boeing E-4 Qabaqcıl Hava İdarəetmə Təyyarəsi Kaliforniya səmalarında görünüb. Hər hansı milli təhlükəsizliyə təhdid hallarında ABŞ prezidenti, müdafiə naziri və Baş Qərargah heyətinin bu təyyarədə olması nəzərdə tutulur.

ABŞ-ın “Qiyamət günü təyyarəsi” 112 nəfərlik tutuma malikdir. Təyyarənin içindəki 65 kiçik peykdən ibarət olan kommunikasiya sistemləri ABŞ dənizaltı rabitə də daxil olmaqla dünya üzrə hər yer ilə hər zaman əlaqə qurmasını təmin edir. Əgər ABŞ prezidenti ölkə daxilindədirsə, üç qatlı, 200 milyon dəyərindəki “Qiyamət günü təyyarələri”ndən hər biri hər an uçuşa hazır şəkildə saxlanılır. İstər Rusiya, istərsə də ABŞ-ın “Qiyamət günü təyyarələri” haqqında hərbi sirr olduğu üçün detallı məlumat açıqlanmır.

ABŞ-ın “Qiyamət günü təyyarəsi” havada üç dəfə yanacaq doldurma imkanına malik olmaqla altı tankerlik yanacaqla səkkiz gün ərzində 22 min 538 dəniz mili yol qət edə bilir. Bu təyyarələrdən dörd ədəd var və 1980-ci ildən bəri hazır şəkildə saxlanılır.

Bu təyyarə rəqəmsal deyil, analoji konsollar şəkində texnologiyaya sahibdir ki, hər hansı nüvə müharibəsi durumunda rəqəmsal infrastrukturun çökə biləcəyi düşünülür. Bu təyyarələrin istismar müddətinin 2039-cu ilə qədər olduğu qeyd olunur.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar