Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq departament direktorunun nahara getməyə məcbur olduğu “svoliç“ kimdir? - Fotofakt

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun Meşələrin İnkişafı Departamentinə direktor əvəzi təyin etdiyi Sohrab Abbasov son günlər feysbuk səhifəsində etdiyi paylaşımlarla gündəmə gəlib

AzFakt.com-a verilən məlumata görə feysbuk sosial şəbəkəsində aktiv məmurlardan olan Sohrab Abbasov həmişə mədəni, təbiətin rəngarəngliyini özündə təcəssüm etdirən paylaşımları ilə seçilib. Ancaq S.Abbasovun son paylaşımları həm sosial şəbəkə istifadəçilərinin, həm də onun dostluğunda olan şəxslərin təəccübünə səbəb olub.

Məlumata görə departament direktorunun məmur adına yaraşmayan, küçə jarqonları ilə yazdığı bu paylaşımlara səbəb son zamanlar onun işində baş verən problemlərlə bağlıdır. Belə ki, bu ilin fevral ayının 19-da nazir Muxtar Bababyevin əmri ilə Sohrab Abbasov Meşələrin İnkişafı Departamentinin direktoru əvəzi vəzifəsindən azad edilərək "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olundu. Deyilənə görə Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsinə təqsiqlənəcəyini gözləyən direktor əvəzi nazirin bu əmrini hiddətlə qarşılayıb.

Sohrab Abbasovun feysbuk paylaşımlarında tez-tez "svoliç" deyə hədəfə aldığı şəxsin kimliyi isə dəqiq bilinmir. Ancaq sabiq departament rəhbərinin aprel ayının 12-də paylaşdığı "Elələri var ki, onlarla bir masa ətrafında oturmaq günahdı... qalmışdı bu tip svoliçlə hər gün nahara getmək. Dağıl a dünya" yazısına diqqət yetirəndə məlum olur ki, onun "svoliç" deyə hədəfə aldığı hər gün nahara birlikdə getməyə məcbur olduğu şəxsdir.



Xatırladaq ki, Sohrab Abbasovun 2017-ci ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Direktor əvəzi təyin olunması o zaman ictimaiyyətdə böyük suallar doğurmuşdu. Nazirlikdə, departamentdə bu vəzifəyə çoxsaylı namizədlər ola-ola rəhbər vəzifəyə kənar şəxsin təyin edilməsi mətbuatda da müəyyən suallara yol açmışdı. Hətta o vaxt bəzi saytlar Sohrab Abbasovun Meşələrin İnkişafı Departamentinə direktor əvəzi təyin olunmasında onun həmkəndlisi olan tikinti sahəsində fəaliyyət göstərən məşhur iş adamının xüsusi rolunun olduğunu qeyd edirdi.

Qarşı tərəf də mövqe bildirə bilər.

pia.az


Etiket: Sohrab Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar