Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda dünən gecə yanan bazarın yerində park olacaq

Dünən axşam saatlarında yanan Sabunçu bazarının yerində park tikintisi nəzərdə tutulub, xeyli müddətdir bununla bağlı bazarın yaxınlığında xəbərdarlıq lövhəsi də vurulub

Bu barədə virtualaz.org-a Sabunçu sakinləri məlumat veriblər. Bildirilib ki, Bakının sonuncu kasıb bazarında illərdir natəmizlik hökm sürür, bazar uçub-dağılıb, bir-birinin az qala içərisində yerləşən obyektlərdən çıxan zibil axşamlar birbaşa küçəyə atılır. Ərazi bomjların məskəninə çevrilib.

Artıq avtobus dayanacağının yaxınlığında və bazarın mərkəzi küçəyə açılan hissəsində yerləşən obyekt sahiblərinə köçürülmə ilə bağlı xəbərdarlıq da edilib: “Obyekt sahiblərinə kompensasiya veriləcək. Bazarın qəsdən yandırılması versiyası ağlabatan deyil, çünki naqillər pərakəndə çəkilib, bir balaca külək olan kimi qopur. Sakinlər dəfələrlə gecələr zibilliklərin yandırılmasının şahidi olublar”,-sakinlərdən biri danışıb.

Bazar bir neçə hissəyə ayrılıb. Bir tərəfdə meyvə-tərəvəz, toyuq-cücə satılır, bir tərəfdə isə “bit bazarı” yerləşir, həftənin şənbə-bazar günləri geyilmiş paltarlar, məişət avadanlıqları satışa çıxarılır. Ötən ilin aprelində bazarın köhnə əşyaların, geyinilmiş pal-paltarın satıldığı ərazisində güclü yanğın baş vermişdi. Hadisə gecə saatlarında olduğundan yaxınlıqda yaşayanlar xəbər tutana və yanğınsöndürənlər özünü yetirənə qədər mallar külə dönmüşdü. Ötən gün isə bazarda yerləşən telefon aksesuarları satılan mağazada yanğın olub və aptek və digər mağazaya keçib. İlkin versiyada yanğının elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən baş verdiyi güman edilir.

pia.az


Etiket: Yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar