Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Seçicilər Rəfael Cəbrayılovun həbsini tələb edir - “Deputat toxunulmazlığı ləğv olunsun”

Milli Məclisin deputatı Rəfael Cəbrayılovdan şikayətçi olan bir qrup iş adamı onun barəsində qəti ölçü götürülməsini istəyirlər

Yenicag.az-a daxil olan məlumata əsasən, deputat Rəfael Cəbrayılov tərəfindən dələduzluğa məruz qalaraq, maddi və mənəvi itkilərlə üzləşən bir qrup iş adamı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklər.

Məlumatda qeyd olunur ki, zərərçəkən iş adamları (bunların arasında xanımlar üstünlük təşkil edir) Rəfael Cəbrayılovun törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsinin təmin edilməsi üçün Oqtay Əsədova müraciət etmək məcburiyyətində qalıblar.

İş adamlarının Oqtay Əsədova göndərəcəkləri müraciətdə Rəfael Cəbrayılovun deputat toxunulmazlığının aradan qaldırılması və onun məsuliyyətə cəlb edilməsinə şərait yaradılması xahiş olunur. Zərərçəkən iş adamları bəyan ediblər ki, onların Oqtay Əsədova müraciətlərinin real nəticəsi olmasa, daha yüksək instansiyalara üz tutacaqlar: ”Prezidentin və Birinci Xanımın sabibkarlara olan münasibətinin Milli Məclis səviyyəsində də dəstəkləndiyini görmək istəyirik”.

pia.az


Şərh yazın.

loading...