Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevindik Hatəmov nə işlə məşğuldur və salyanlılar nədən narazıdır?

Sevindik Hətəmovun başçılığı ilə Salyanın abadlaşdırılan küçələri də çirkab mənbəyinə çevrilir...

Salyanlılar icra başçısı Sevindik Hətəmovdan narazıdırlar və bu narazılıqlarını artıq dilə gətirmək məcburiyyətindədirlər. PİA.az-a ünvanlanmış şikayətdə qeyd olunur ki, icra başçısı Salyanın heç bir problemi ilə maraqlanmır və Salyanda onun d2016-cı ildə apardığı abadlıq işləri kosmetik xarakter daşıyıb. İndi isə həmin kosmetika tökülür və Salyan çirkin və çirkabın içində itib batır.

Salyana gələr-gəlməz ilk işi Salyanda məhdud yaşıllığı məhv etdiyini bildirən salyan Sakinləri bildirilər ki, Tahir Kərimovun vaxtında aparılan abalıq işləri də artıq sökülüb dağılmaqdadır. Bu isə Sevindik Hətəmovun Salyanın problemləri ilə maraqlanmaması səbəbindən baş verir. Sakinlərin iddiasına görə Sevindik Hətəmov səyyar görüşlərdə şikayətçiləri dinləyir, onlara söz verir, lakin görüşü tərk edən kimi şikayətləri unudur və problemlər öz həllini tapmır. Belə çıxır ki, Sevindik Hətəmov ancaq ölkə rəhbərliyinə və Prezident Adminstrasiyasına statistik hesabat vermək naminə bu səyyar görüşləri keçirir və belə atmosfer yaradır ki, o, vətəndaşların problemləri ilə maraqlanır. Əslində bu problemlər öz həllini tapmır və bu da Salyanda başçının fəaliyyətinə qarşı narazılıq yaradır. Salyanlılar əmindirlər ki, başı öz biznesinin idarəsinə qarışan başçı sadəcə olaraq onların problemlərinə arxa çevirib.

Maraqlıdır ki, bu yaxınlarda mətbuatda Sevindik Hətəmovun 2017-2018-ci illərdə sifariş etdiyi tenderlərin siyahısı açıqlanlıb. Bu tenderlərin böyük əksəriyyətini iki çirkət həyata keçirib və iddialara əsasən nəzərdə tutlan işlər də görülməyib.

Salyanda İcra başçısına yaxın olan mənbədən əldə etdiyimiz məlumata əsasən Sevindik Hətəmov əsasən günün əsas hissəsini biznesinin problemlə rinə həsr edir və Salyanın problemləri bu üzdən arxa plana keçir. Qeyd edək ki, Sevindik Hətəmov geniş biznes şəbəkəsinə sahib olan icra başçısılarından biri kimi tanınır. Sevindik Hətəmovun böyük biznes ilə bağlı PİA.az araşdırma aparır və yaxın günlərdə Salyanın icra başçısının biznes şəbəkəsi ilə bağlı araşdırma yazımızı oxucularımıza təqdim edəcəyik.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son zamanlar yeni təyin etdiyi icra başçılırını şəxsən özü qəbul edir və onlara xalqın, vətəndaşın problemlərinin yayarına çalışmağı tapşəırır. Lakin təəssüflə qeyd etməliyik ki, bir çox icra başçıları hələ də xalqın problemlərinə arxa çevirməyə davam edirlər.

Bu yazıda bəhs edilən ddialarla bağlı Sevindik Hətəmovun və Salyan rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ən çox oxunanalar