Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sirli bir rus hekayəsi - Putinin baş ideoloqu olan Surkov Dudayevin qohumudur?..

Vladislav Surkovun əsl adı Aslanbek Dudayevdir və o, islamçıların idealı olan Cövhər Dudayevin ailəsindən olan bir çeçen imiş?..

Kayahan UYĞUR
“Oda Tv” qəzeti, Türkiyə, 23 sentyabr 2019-cu il

Bu gün sizə real bir rus hekayəsi danışacağam. Bu hekayədə Dostoyevski romanı kimi intriqalar var və Con le Karrın casusluq ssenarisi kimi sirrin içindən başqa bir sirr çıxır.

Putinin son zamanlarda sıxışdırdığı və vəzifəsini Ukrayna məsələsi üzrə müşavir olmaqla məhdudlaşdıran Surkovu tanıyırsınızmı? Söhbət “hegemon demokratiya” adı verilən avtoritar rejim ideologiyasının banisi və “Rusiyanın yeri nə Qərbdir, nə də Şərq, onun yeri öz təkliyindədir”, deyən Vladislav Surkovdan gedir.

Bu şəxsin əsl adı Aslanbek Dudayevdir və o, islamçıların idealı olan Cövhər Dudayevin ailəsindən olan bir çeçen imiş. Bundan 25 il əvvəl 1994-də Çeçenistan Müstəqillik müharibəsinin iki lideri - general Cövhər Dudayev və Qrozni müftisi Əhməd Kadirov bu günki vəziyyəti təsəvvür edə bilərdimi? Birinin qohumu Rusiyanı idarə edir, digərinin oğlu Ramazan isə bu gün Putin tərəfdaşı olan çeçen kuklasına çevrilib.

Vladislav Surkov

Surkov Putinin günah çıxaran keşişi, sirdaşı və ən yaxını olan keşiş Tixonla (Şevkunov) birlikdə işləyir. Tixon ata əvvəllər bədii film rejissoru olub və “Bizans dərsləri” adlı Osmanlı əleyhinə olan filmi ilə Rusiyada mükafat qazanıb.

Surkovun digər iş yoldaşları arasında, təbii ki, nasional sosialist, yazıçı və filosov Aleksandr Duqin və Avropa radikal sağının maliyyəçisi, “Marshal Capital”ın sahibi olan Konstantin Malofeev gəlir. Surkov, Tixon ata, Dugin və Malofeev yeni Rusiyanın avtoritar milliyətçi ideologiyasının memarı “Çargrad” qrupunun üzvləridir.

“Çargrad” məlum olduğu kimi rus milliyətçilərinin dilində İstanbul deməkdir. Rus dindar-faşist ideologiyasına görə, Ortodoks aləminin qılıncı olan ruslar İstanbulu ələ keçirdikdə dünya xristianlığı zəfər qazanacaq. Putin tərəfdarı olan aydınların ortodoks “Çargrad” qrupu da Türkiyəni parçalamağı və İstanbulu ələ keçirməyi hədəfləyib və hamısı da iqtidar çevrəsinin birləşdiyi bir yerdədir.

Böyük yazıçı olsa da, Dostoyevski 1877- ci il mart tarixində “Bir yazıçının gündəliyi” əsərindəki “Konstantinopolis əvvəl-axır bizim olmalıdır”, başlıqlı qeydində bir rus dindarı olaraq bu istəklərindən uzun-uzun danışıb. Rusiyanın Qərbi ya da Şərqi də ortadan qaldıracaq bir Avrasiya dövləti qurub, bütün slavyanları bu dövlətdə toplayıb, paytaxtını da Çargrada köçürmək istəyi rus tarixçi və filosof Nikolay Danilevskinin 1867-ci ildə yazdığı “RusiyaAvropa” adlı əsəri ilə əlaqədardır.

Danilevski “Roma-German” adlandırdığı Qərbin individual, təcavüzkar və kafir olduğunu deyərək ortodoks xristian, slavyan nəslinin Avrasiyanı, o cümlədən də bütün dünyanı xilas edəcəyini elan edib. Buna bənzər fikirlər Duqinin kitablarında və Surkovun yazılarında da var. Maraqlısı odur ki, Türkiyədəki islamçı iqtidar və dəstəkçiləri də öz çıxışlarında Ortodoks faşistlərdən götürülmüş “plagiat”, Qərb düşməni olan ifadələr işlədirlər.

Əsas kuklaçı kimdir?

Bu neo-faşist qrup Pontda ilk monastrı açan kayserili Böyük Vasil adına Moskvada nəhəng bir kilsə tikdirərək Putinin yeni çar imicini yüksəldib. Bəs, görəsən, onlar dünyada radikal sağdan və ya soldan Qərb əleyhinə olan hər şeyi maliyyələşdirərkən də səmimi idilərmi?

Bunu anlamaq üçün əvvəlcə Surkovu böyüdənin ortodoks ruslar deyil, Rusiya-İsrail vətəndaşı olan böyük oliqarx Mixail Fridman olduğunu bilməliyik.

“Alpha Group”un sahibi və “Turkcell”də də səhmi olan Fridman Trampın ABŞ prezidenti seçilməsinə kömək etməkdə ittiham edilmişdi və bu məsələ ilə bağlı hələ də davam edən məhkəmələr var.

“Alpha”nın ən çox ingilis enerji və maliyyə nəhəngləri ilə münasibətləri var. Bankın digər iki rəhbərindən biri ana tərəfindən macar yəhudisi, ata tərəfindən isə ingilis olan Lord Con Broundur.

Digər ortaq olan İsrail vətəndaşı Piotr Aven də ABŞ-ın qara siyahısındakı rus oliqarxlarından biridir və eyni zamanda, rus iqtisadiyyatına yön verən məşhur iqtisadçıdır.

Malofeev

Digər tərəfdən “Çargrad TV”nin sahibi olan Malofeevin VTB bankı rus məhkəməsi tərəfindən qanunsuzluq etməkdə ittiham edilən zaman ona İngiltərə Ali Məhkəməsi kömək etmişdi. Yəni Rusiyanı bu cür insanlar mı idarə edir? Sual aktualdır.

Onların maliyyələşdirən “Alfa” və “Marshall” kimi qruplar, eləcə də Putin rejimi qlobal sərmayə ilə toqquşmaq istəmirlər və buna görə də, əksinə gələcəyin təhlükəsi olan Çinə qarşı hazırlaşırlar. Onsuz da Surkov kimilərin geri plana atılıb, Vyaçeslav Volodin kimi realistlərin ön plana çıxması da bunun göstəricisidir.

Buna görə də, Putinin dəstəsinin “Avrasiya”, “Çargrad”, “Dünya dövləti”, “Slavyan-İslam İttifaqı” kimi sarsaqlıqlar eynilə Türkiyədəki Osmanlı propoqandası kimi ölkə ictimaiyyətinin gözündən pərdə asmaq üçün ortaya atılıb.

Son durum “The Moscow Times” qəzetinin “Kremlinin kukla ustası Surkov Putini tərifləyərək xalqı necə məşğul edir?” başlıqlı yazısında qeyd edildiyi kimidir:

“Sözlər elə deyilməlidir ki, xalq hər şeydən danışsın, amma təki mövcud reallığı bilməsin”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar