Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşanın Turşsu kəndində ruslarla ermənilər birgə növbətçilik edəcək

Rusiya bu işləri hansı hüquqi əsasla, Azərbaycanla hansı razılaşma əsasında, özü də separatçı erməni rejimini bir rəsmi tərəf kimi tanıyaraq həyata keçirir?..

Yuxarı Qarabağdakı separatçı rejim tör-töküntülərinin "fövqəladə hallar xidməti”nin direktoru polkovnik Mehak Arzumanyan bu gün – martın 26-da Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Qarabağdakı humanitar briqadasının rəhbəri general-mayor Vladislav Qadeyevi qəbul(!) edib.

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

İki tərəfdaş qurum arasındakı əməkdaşlıq çərçivəsində 3 işçi qrupu yaradılması qərara alınıb. Sabahdan, yəni martın 27-dən etibarən erməni-rus tərəfdaşlarından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.

"Artsax Respublikası”nın daxili təhlükəsizliyi səbəbindən rus və erməni əməkdaşlardan ibarət əməliyyat və xilasetmə qrupu dövlət fövqəladə hallar xidmətinin Lisaqor( Şuşa rayonunun Turşsu - S.L.) bazasında birgə növbətçilk xidməti aparacaq”- məlumatda belə deyilir.

P.S. Düzdür, Rusiya FHN-nin Qarabağda mina və digər partlayıcıların təmizlənməsi, evlərin təmiri və s. istiqamətində gördüyü işlər Azərbaycan hökumətinin gələcək işlərini xeyli yüngülləşdirir. Amma söhbət ondan gedir ki, Rusiya hökuməti həmin işləri hansı hüquqi əsasla, Azərbaycan dövləti ilə 10 Noyabr bəyanatında nəzərdə tutulmayan hansı razılaşma əsasında, özü də separatçı erməni rejimi bir rəsmi tərəf kimi tanıyaraq həyata keçirir... (moderator.az)

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar