Ötən gün İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.
Hazırda axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrinə davam etdirilir.
Xatırladaq ki, İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm elan edilib.
pia.az