Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tofiq Yaqublunun həbsi ilə bağlı rəsmi açıqlama

Tofiq Yaqublunun həbsi barədə rəsmi açıqlama verilib...

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda deyilir. 

Bildirilir ki, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilmişdir.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülmüş, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilmiş, zərərçəkmiş şəxslər və şahidlər dindirilmişdir.

Məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən E.Cəbrayılov və arvadı Cəvahir Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilmişdir.

Toplanmış ilkin sübutların məcmusu T.Yaqublu tərəfindən cinayət törədilməsinə dəlalət etdiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin əməllə bağlı ittiham elan edilmişdir. T.Yaqublunun iştirakı ilə aparılan prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin edilmişdir.

Təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə rayon prokuroru tərəfindən baxılarkən müqavilə əsasında dəvət edilmiş vəkili Elçin Sadıqov və dövlət hesabına təyin edilmiş vəkili Elxan Aslanovun iştirakı təmin edilmiş, həmin vəsatət əsaslı hesab edilməklə Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdimat verilmişdir.

Məhkəmədə təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə onun hüquqlarını müdafiə edən vəkil E.Sadıqovun iştirakı ilə baxılmış və T.Yaqublu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket: Tofiq Yaqublu

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Pakistanın Baş naziri müsəlman ölkələrinin liderlərinə müraciət etdi

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

loading...

Ən çox oxunanalar