Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaraşıqlı adamın immuniteti daha güclü ola bilər

Zahirən gözəl adamların immuniteti daha güclü ola bilər. ABŞ-ın Texas Xristian Universiteti alimlərinin apardığı təqdiqat bunu deməyə əsas verir.

Novator.az-ın məlumatına görə, alimlər tədqiqat zamanaı makiyajsız və üzündə neytral ifadə olan 152 gənc qadın və kişinin fotoşəklini çəkiblər. Sonra alimlər 492 könüllüdən şəkillərdəki insanlardan hansının daha cazibədar olduğunu söyləməyi xahiş ediblər.

Ən cazibədar adam kimi qiymətləndirilən adamlarda faqositoz səviyyəsinin daha yüksək olduğu üzə çxııb.

Faqositoz – ağ qan hüceyrələrinin bakteriyaları bədənə zərər verməyə macal tapmadan məhv etməsi prosesidir.

Eyni zamanda təqdiqata cəlb olunmuş qadın könüllülərin cazibədar hesab etdikləri kişilərin orqanizmində virusa yoluxmuş hüceyrələri məhv edən NK-hüceyrələrin (“Natural killer” hüceyrələr) daha yüksək həddə olduğu aşakarlanıb.

Alimlər qeyd edirlər ki, zahiri gözəllik uzun müddət həm də sağlamlıq əlaməti sayılıb. Ona görə tarixən əks cinslər nəsli artırmaq üçün daha yaraşıqlı tərəf-müqabil seçməyə meyllənib. Amma müasir tibb sayəsində infeksiyalar əvvəlki kimi ölümcül hesab olunmur və indi insanların seçim meyarını dəyişərək yaraşıqlı olmayanlara da şans verməyə başlaması təbii, həm də yaxşı haldır.

Mənbə: Gazeta.ru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar