Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabitimizin vurulma əmrini Paşinyan verib

Bakıda keçirilən oyunun final fitini Paşinyan verdi

Necə? Ermənistanın baş naziri Feysbuk səhifəsində Mxitaryana zəng edib “onunla fəxr etdiklərini, qürur duyduqlarını” yazıb, “bütün qəlbləri ilə onun yanında olduqlarını” qeyd edib və rəsmi Bakını təhqir edərək ”Bakının rasist mövqeyinə görə” futbolçunun finalda iştirak edə bilmədiyi barədə fikirlərini paylaşıb. Paşinyan Mxitaryanla telefon danışıqlarının hamısını Feysbuk səhifəsində yazıbmı? Yox. Mxitaryanın qisasını necə alacağını yazmasa da, Mxitaryandan sonra müdafiə naziri Tonoyana zəng edən Paşinyanın yazmadıqlarının səsi Qarabağdan gəldi.

Mayor Omarov Aqil Akif oğlu Ağdam istiqamətində Paşinyanın göstərişinə əsasən erməni snayper tərəfindən öldürüldü. Əvvəllər də snayper gülləsindən şəhid olanlarımız var. Amma, bu gün, bir Azərbaycan hərbi qulluqçusunun snayper tərəfindən vurulmasının əmri, göstərişi, məhz Paşinyan tərəfindən verilib! Bu dəfə düşmən gülləsinə tuş gələn mayor Omarov oldu.

Düşənbə lift görüşündən sonra atəşkəsin faktiki pozulmamasını, cəbhə xətində sükutu silah gurultusu deyil, hərdən yazın gəlişi ilə yalnız göy gurultusunun pozduğu səssizliyi Paşinyan pozdu. Mxitaryana verdiyi, amma yazmadığı vədini yerinə yetirdi və bizim mayorumuzu vurmaqla “Mxitaryan oyunu”nun final fitini vermiş oldu.

Bu düşməndir. Düşməndən nə gözləyirdiniz? Futbol finalına uğurlu ev sahibliyi etdiyinə görə təşkilatçılara təbrik məktubu yazası deyildi ki? Düşmən düşmənçiliyini əməldə göstərdi. Atəşkəsin pozulmasında heç maraqlı olmayan Ermənistan marağının əksinə gedərək, bir erməni futbolçunun Bakıya gələ bilməmsinin heyfini almaq naminə sadəcə havaya güllə açmadı, birbaşa Azərbaycan hərbçisini nişan aldı. Bilirsiniz niyə risk etdi? Bilir ki, biz cavab verməyəcəyik. Bundan dəhşətli nə ola bilər ki, düşmən onların istənilən şıltaqlığına, ələ salınmağımıza, məsxərəyə qoyulmağımıza, lağ edilməyimizə dözəcəyimizi, susacağımızı bilir. Görəsən, biz niyə bu qədər acizik?

Qisas çağırışlarının, anındaca onqat cavabın verilməsi əvəzinə indicə radioda sözün həqiqi mənasında başabəla bir politoloq Azərbaycanın regionda ”sülhün qarantı” olduğundan danışırdı. Həmin professor-politoloqa demək lazımdır ki, bu gün erməni əsgər siz deyən kimi “əyilə-əyilə gəzmədi”, bizim əyildiyimizdən istifadə edib ayağa qalxdı və böyük zabit heyətimizdən bir tabor komandirimizi güllə ilə vurdu.

Qərb və Rusiya dünyanın hər yerində bir-birinə qarşı dayanıb. Qarabağ məsələsi gələndə ikisi də bizə qarşı birləşir. Bunun bir səbəbi olmalıdır. Bu hansı vədin qarşılığındadır? Hər halda bu vədin Qarabağ olduğu 25 ildir görsənmir. Qarabağ olsaydı, ya diplomatiyada, ya hərbidə hansısa formada dəstəklənərdik. Bəlkə vəd deyil, hədədi, təhdiddi. Hətta, belədirsə də açın deyin xalqa, qoy xalq bilsin ki, 2 milyonluq erməni ilə deyil, planetlə qarşı-qarşıya dayanıb. Bu cür acizliyin nəticəsidir ki, ağzımızın içində - Milli Məclisdə, Qərbdən gələn bir rumın deyir ki, “siz Qarabağı azad etməməlisiniz, yoxsa Avropa sizi işğalçı kimi tanıyacaq”. Görüm bu rumın gedib Gürcüstan parlamentində Abxaziya, Osetiya haqqında, Ukraynada Krım, Donbass haqqında, Moldovada Dnestryanı haqqında belə fikirlər söyləyə bilərmi? Haqlı sual yaranır, əcəba, bizi öz əlimiz yetmədi, indi də başqalarının əli ilə təslimçiliyə hazırlayırsınız? Niyə biri durub deməyib ki, biz azad edək, sonra bizə nə deyirsiniz deyin. Siz kimin əmisi oğlusunuz, ay orda oturanlar? Qarabağı azad etməmişik, guya Avropa bizi sevir, azad edəndən sonra nifrət edəcək. Cəhənnəmə etsin.

Adam az qalır qışqıra-qışqıra, bağıra-bağıra küçələrdə yüyürüb deyə ki, BELƏ OLMAZ!

İlham İsmayıl(Moderator.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar