Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Aynur Zeynalov ölkədədir, yayılan xəbərlər yalnışdır»


«Sevil Massivi» MTK-nın rəhbərliyi haqqında yayılan məlumatları təkzib edib


PİA.AZ-a daxil olan təkzib məktubunu olduğu kimi təqdim edirik:

««Sevil Massivi» MTK müştərilərə faizsiz kreditlə torpaq və mənzil əldə etmək imkanı yaradır. Azərbaycanda ilk inşaat sektoru kimi FAİZSİZ kredit şərti ilə minimum qiymətlərlə mənzil və ya torpaq təklif edən yeganə şirkət olaraq təqdim etdiyimiz kommunikasiya xətləri ( qaz, su, işıq, kanalizasiya və telefon xətti ), sənədləşmə ilə birlikdə müasir bir şəhərcik salırıq. Massivin yaşayış başladıqdan sonra tam infrastrukturla - məktəb, baxça, poliklinika, aptek, ticarət mərkəzi ilə təmin olunması əhalinin ehtiyaclarını olduqca rahatlaşdıracaqdır. Müştərilərimiz əldə etdikləri mənzil və ya torpaq sahəsinə ödədikləri qiymətlərdən razıdırlar, bir çox müştəriyə tam sənədləşdirmə - çıxarış verilib. 

Hazırda Sevil Massivində Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffavlığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən sanki razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. 

Məlumat üçün bildiririk ki, Aynur Zeynalov Respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır. Və sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq Sevil Massivi MTK olaraq ofisimizin  yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik.

Sevil Massivi MTK ( MÜDRİYYƏT )»

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar