Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Fud Siti»nin «Adık-Yurak»la «dolaşıq biznesi»


Moskva «zəhmətkeşləri»nə Suriya xiyarı?


İki gün bundan qabaq Azərbaycan əsilli rusiyalı milyarderlərin – iki dağ yəhudisinin Moskvada bir aqroklaster («Fud Siti» kənd təsərrüfatı məhsullarının topdansatış bazası) tikərək, kriminal avtoritetlərin köməyi ilə «optovik» («pərakəndə ticarətçi») ovuna çıxması barədə məlumat vermişdik.

İndi isə onların daha bir «müəmmalı gedişi» barədə Rusiya KİV-nin yaymış olduğu bilgini hörmətli oxucuların diqqətinə təqdim edirik. Beləliklə…

«Kommersant» qəzeti hələ martın sonlarında (2016) xeyli maraqlı bir məlumat yaymışdı. Xəbər verilirdi ki, Suriyadan Rusiyaya ilk dəfə mütəşəkkil formada mefvə-tərəvəz idxalına başlanıb və bu istiqamətdən əldə olunan məhsullar qismən də olsa, Türkiyə məhsullarını (bu ilin yanvarından Rusiyaya gətirilməsi qadağan olunmuş k/t məhsulları) əvəzləyəcək.

Həm də maraqlıdır ki, bu məhsulları Suriyadan birbaşa «Fud Siti» yox, Maykop şəhərində qeydiyyatdan keçmiş «Adıq-Yurak» adlı bir şirkət idxal edəcək. «Kommersant» ehtimal etmişdi ki, «Adıq-Yurak» Moskvadakı aqroklasterin sahibləri – milyarderlər Qod Nisanov və Zarah İliyevlə hər-hansı şəkildə bağlı ola bilər. Nədən ki, Suriyadan gətiriləcəyi iddia olunan kənd təsərrüfatı məhsullarının həcmi xeyli böyük göstərilir. Maykop kimi xırda bir şəhər və ya bütövlükdə, Şimali Qafqaz isə həmin həcmləri «həzm edə bilməzdi». Təbii olaraq, «Adıq-Yurak» da iri bazarlar axtarmalı idi…

Qəzet onu da xəbər verirdi ki, artıq «Adıq-Yurak»dan «Fud Siti»yə meyvə-tərvəz daxil olur. Amma həmin partiya məhsulların mənşəyi barədə məlumat verilmir…

«Kim»dir bu «Adıq-Yurak»? Səhmdar Cəmiyyətdir -1993-cü ildə Maykop şəhərində qeydiyyatdan keçib. Cəmiyyətin baş direktoru Aslan Paneş adlı birisidir. Onun sözlərinə görə, ötən həftə (martın ortalarına düşür) Novorossiysk limanına Suriyadan ikinci partiya kənd təsərrüfatı məhsulu – 3 min ton apelsin, limon, «qreyfrukt», tomat (pomidor), kələm və s. daxil olub. Guya, 2015-ci ilin dekabrında suriyalı iş adamı Əmcad Duba «Rusiya xəbərlər xidməti»nə deyib ki, Latakiyadan Rusiyaya sitrus mefvələri göndərməyə hazırdır. Amma son anlara qədər Suriyadan idxal kiçik partiyalarla olub və sınaq xarakteri daşıyıb…

Bir maraqlı məqam da var. Qəzet Paneşə istinadla xəbər verirdi ki, «Adıq-Yurak» üçün Suriyadan Rusiyaya meyvə-tərəvəz məhsullarının daşınması ilə Fransanın «CMA CGM» dəniz nəqliyyatı şirkəti məşğul olur: «Əvvəlcə Suriyadan ixracla bağlı problem yarandı. İlk konteyner (1,2 tona yaxın) limanda 10 gündən artıq qaldı – gömrük sənədləşmələrinin düzgün aparılmaması səbəbindən. Bu da məhsulun bir hissəsinin məhv olmasına gətirib çıxardı. Bundan başqa, Suriya məhsulluarının gömrük qiymətləri də vaxtında gəlmədi – bu da sənədləşməni ləngitdi. İkinci partiyanın boşaldılmasına qədər bu problemlər aradan qaldırıldı və limana gələn konteynerlər iki günə sənədləşdirildi. Hazırda bu məhsullar Moskvadakı topdan-pərakəndə satış mərkəzi olan «Fud Siti»də və Rusiyanın cənubunda fəaliyyət göstərən bir neçə «optovik»də satılır».

«Kartoteka.ru»-nun məlumatına görə, «Adıq-Yurak»ın yeganə sahibi Aslan Paneşdir. Amma «Kommersant»ın məlumatına görə, Paneşin müəssisəsi «Kiyevskiye ploşadi» (Moskvadadır – onun tərkibinə «Avropalı» ticarət mərkəzi və «Ukrayna» mehmanxanası daxildir) şirkəti sahiblərinin nəzarəti altında fəaliyyət göstərir. Aslan Paneş isə Qod Nisanovla tanış olduğunu etiraf edib və deyib ki, onunla «yaxşı münasibət»i var. Bununla belə, Aslan «Adıq-Yurak»ın yeganə sahibi olduğunu israrla iddia edir. Bu məsələ ilə bağlı, Nisanov və İliyevin nümayəndəsi «Kommersant»ın sualına cavab verməyib.

3bb37107f3ad

Qəzetin digər məlumatlı mənbəyinin dediklərinə görə, sözügedən biznesmenlər (Nisanov və İliyev) «Adıq-Yurak»a tərəfdaş göməkliyi göstərirlər – «Fud Siti»də bu şirkətə güzəştli şərtlərlə «ticarət sahəsi» icarəyə verirlər və s. Əgər, Suriyadan kənd təsərrüfatı məhsullarının idxalı biznesi təşkil oluransa, mənbə «Kiyevskie ploşadi» şirkətinin sahibləri tərəfindən «Adıq-Yurak»ın səhmlərinin bir hissəsinin satın alına biləcəyini istisna etmir. Nisanov və İliyevin «Adıq-Yurak»ın həmsahibinə çevriləcəyi halda, bu şirkət ciddi dəstək əldə etmiş olacaq. Belə ki, «Kiyevski ploşadi» şirkətinin bir sıra tikinti, layihələşdirmə, konsaltinq, brokerlik, hüquqi dəstək işləri üzrə olduqca imkanlı tərəfdaşı var – İlham Rəhimov. «Forbes» bu şəxsi Vladimir Putinin «tələbə yoldaşı» kimi təqdim edir. Digər dəstək də olacaq – «Şakro Molodoy»un himayəsi. Nədən ki, «Fud Siti»nin artıq «Şakro» kimi əzəmətli bir «krışa» altına keçdiyi artıq hamıya məlumdur…

Aslan Paneşin dediklərinə görə, hazırda «Adıq-Yurak» Suriya məhsullarını reallaşdırmaq məqsədilə «Maqnit» və «Pyatyoroçka» kimi pərakəndə ticarət şəbəkələri ilə də danışıqlar aparır. «Maqnit»in maliyyə direktoru Xaçatur Pombuxçiyan təsdiq edib ki, şəbəkə «Adıq-Yurak»la tanışdır, amma bu şirkət hazırda «Maqnit»ə mal göndərmir: «İdxal məsələsində biz, birbaşa əlaqələrə üstünlük veririk».

«Pyatyoroçka»dan isə bildiriblər ki, belə bir şirkət tanımırlar.

«Sovekon» analitik mərkəzinin direktoru Andrey Sizov əmin olduğunu bildirib ki, Suriyadakı müharibənin doğurduğu risklərdən dolayı, «Adıq-Yurak»ın böyük şəbəkələrlə müqavilə bağlamağı çətin olacaq: «Belə müqavilələrdə mal göndərilməsinin qaydaları və həcmləri aylıq müəyyən olunur. Əmin deyiləm ki, bu şirkət, şəbəkələri müqavilə şərtlərinə əməl edəcəyinə inandıra bilsin».

Buna baxmayaraq, Aslan Paneş qısa müddətdən sonra hər həftə Suriyadan 5 min ton meyvə-tərəvəz idxalını təşkil edə biləcəyinə əmin olduğunu iddia edir. O, bildirib ki, idxalın təşkili işlərinə şirkət artıq 3 milyon dollar sərmayə qoyub.

Daha bir məqama diqqət yetirmək yerinə düşərdi. Qəzetin yazdığına görə, «Fud Siti» və «Adıq-Yurak» tandemi iddia edir ki, Suriyadan kənd təsərrüfatı məhsullarının idxalını təşkil etməklə, qismən də olsa Türkiyədən qadağan olunmuş idxal həcmlərini əvəzləmək məqsədi güdürlər. Bu məqamda rəsmi statistikaya müraciət etmək ehtiyacı yaranır. Rusiya Milli tərəvəz istehsalçıları ittifaqının qiymətləndirməsinə görə, 2015-ci ildə Rusiyaya 2,6 milyon ton tərəvəz idxal olunub. İttifaqın məlumatına görə, ötən il böyük ixracçı ölkələr belə sıralanıb: Çin, Türkiyə, İsrail, Misir, Azərbaycan və Morokko. Rusiyaya sitrus meyvələrinin idxalı 2015-ci ildə 1,5 milyon tonu aşıb. Bu həcmin 34,0 faizi Türkiyənin payına düşüb. Buradan aydın görünür ki, indiki vəziyyətində (müharibənin davam etdiyi, şəhərlərin-kəndlərin viran qoyulduğu və əhalinin kütləvi halda ölkədən qaçdığı bir şəraitdə) Suriya, Rusiyaya böyük həcmlərdə meyvə-tərəvəz ixrac etmək iqtidarında deyil.

Bu qənaəti «Qazprombank»ın iqtisadi proqnozlaşdırma mərkəzinin rəis müavini Darya Snitko da təsdiqləyir. Belədə, məntiqi sual yaranır: «Adıq-Yurak» və dolayısı ilə «Fud-Siti» sahibləri Suriyadan gətiriləcəyi iddia olunan və həcmi hər həftə 5 min ton təşkil edəcəyi bildirilən meyvə-tərəvəzi haradan alacaq?

Suala dəqiq cavab vermək çətin olsa da, müəyyən məntiqi fikirlər səsləndirmək mümkündür. Məsələn, «Kommpersant» qəzetinin yazdığına görə, «Adıq-Yurak» Suriya tərəvəzini Latakiyadan alacaq. Latakiya isə Suriyanın iri liman şəhərlərindən biridir və həm də bu şəhər Rusiya aviasiyası tərəfindən ciddi şəkildə qorunur. Belə ki, burada Rusiyanın böyük aviabazası yerləşir. O da xəbər verilir ki, «Suriya tərəvəzi»ni «Adıq-Yurak» üçün Novorossiysk limanına Fransanın bir dəniz-yükdaşıma şirkəti çatdıracaq…

İndi isə bir balaca «improvizasiya»ya baş vuraq. Təsəvvür edin – xəyali bir Latakiya firması (məsələn, elə həmin Əmcad Dubanın firması) qonşu Misirdən, İsraildən və lap elə Türkiyədən iri həcmlərdə meyvə-tərəvəz almaq üçün hasısa bir yerli şirkətlə müqavilə bağlayır. Məhsulu də yuxarıda adı gedən həmin Fransa dəniz-nəqliyyat şirkəti daşıyır. Gəmilər Latakiya limanına daxil olur, amma boşaldılmır, sadəcə, yük Suriya malı adı altında yenidən və Rusiyanın («Adıq-Yurak»ın) ünvanına sənədləşdirilir. Yükün boşaldılmasına lazım olan vaxt ərzində gəmi limanda qalır. Sonra isə Novorossiyskə doğru yola düşür və s. 

Bu nəzəri variantın bir üstünlüyü də var ki, meyvə-tərəvəz «Suriya məhsulu» kimi sənədləşdirilərkən, müqavilə qiyməti xeyli aşağı göstərilə bilər. Nədən ki, müharibənin davam etdiyi bir məkanda yerli məhsulun yüksək ixrac qiymətindən danışmaq yersiz olardı. Görünür, elə buna görə də «Adıq-Yurak»ın «Suriya tərəvəzi» Moskva aqroklasteri «Fud Siti» üçün cəlbedici olub. Nədən ki, indiki başlanğıc vəziyyətində qiymət amili «Fud Siti» üçün mühüm əhəmiyyət kəsb edir – nisbətən ucuz qiymətlərin tətbiqi sayəsində bu bazara çoxlu satıcılar («optovik»lər) cəlb etmək olar. Üstəlik də aşağı qiymətlər hesabına gömrük rüsumu ölənişlərində də xeyli «qənaət» əldə etmək mümkündür…

Beləliklə, güman etmək olar ki, qısa müddətdən sonra, «Adıq-Yurak»ın (dolayısı ilə «Fud Siti»nin) Rusiya «zəhmətkeşləri»nə vəd etdiyi «Suriya xiyarı»nın şübhəli «kök»ləri üzə çıxacaq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar