Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Həpimiz yəhudiyik»mi?


«Charlie Hebdo»nun təxribatını görməyənlər hər gün yüzlərlə terror qurbanı olan müsəlmanları da görmür


Bu gün məlum oldu ki, islam peyğəmbərinin karikaturlarını davamlı olaraq dərc edərək müsəlmanların heysiyyatı ilə oynadıqlarına görə ötən həftə terrorçular tərəfindən amansızlıqla öldürülən «Charlie Hebdo» satirik jurnalının 4 əməkdaşı Yerusəlimdə dəfn olunacaqlar.

Qəribədir ki, son illər islam peyğəmbərinin təhqir olunduğu hər şeyin altından yəhudilər boylanır. Təqribən il yarım əvvəl də ABŞ-da peyğəmbər haqqında qalmaqallı film çəkilərkən məlum olmuşdu ki, filmin prodüsseri yəhudidir və filmin kollektivi açıq şəkildə aldadılmışdı. Onlar kimi canlandırdıqlarından belə xəbərsizdilər.

«Charlie Hebdo» satirik jurnalının 4 əməkdaşının yəhudi olması barədə isə geniş ictimaiyyətin bu günə qədər heç bir məlumatı yox idi. Oxucular məni düzgün başa düşsünlər. Söhbət heç də hansısa millətə qarşı olmaqdan getmir. Məhz yəhudilərin israrla müsəlmanları beynəlxalq miqyasda təxribata çəkmələrindən gedir. Çünki iki ildən artıqdır ki, davamlı olaraq milyard yarıma yaxın müsəlmanın heysiyyatı ilə açıq şəkildə oynanılması təxribatdı. Bunun başqa adı yoxdu və nəhayətdə bu təxribat öz nəticəsini verdi.

Terroru heç kim və heç kim müdafiə edə bilməz. Bütün hallarda hər bir terror məqsədindən asılı olmayaraq insanlığa və Tanrıya qarşı atılmış şeytani addımdır. Bunun arxa planı yoxdur və terroru cihad olaraq görən hər bir kəs bir mənalı olaraq şeytanın hiyləsinə uymuş biridir.

Amma Parisdə baş verən müdhiş terrora qədər «Charlie Hebdo»nun nə qədər yol gəldiyini hamımız bilirik. Bunu iki gün öncə, yanvarın 11-də arxasına 2 milyona yaxın insan alaraq Parisdə Həmrəylik Marşı keçirən 60-dan artıq dövlət və hökümət başçıları da və orda olmasalarda, baş verən terroru pisləyən dünyanın digər liderləri də bilirdilər. Çünki hər şey onların da gözlərinin qarşısında baş vermişdi. Ancaq onlar bu təxribatları dayandırmaq üçün hansısa addım atmışlardımı? Yox.

Sual olunur, «Charlie Hebdo» jurnalının əməkdaşlarını kim qurbanlıq seçmişdi? Parisdə Həmrəylik Marşı keçirən həmin o liderlər olmasın ki? Bu gün İraqda, Suriyada, Misirdə, Liviyada hər gün yüzlərlə insan terror nəticəsində öldürülür. Minlərlə insan evlərindən qaçqın düşür. Niyə dünya liderləri hər gün onlarla, yüzlərlə ölən müsəlman terror qurbanları üçün Həmrəylik Marşı keçirmirlər? Axı Suriyada, İraqda ölənlərin heç biri kimisə təxribata çəkmir. Onlar sadəcə məsum və dinc insanlardır.

Bunun cavabı varmı? Yəni insanların İraqda, Suriyada terror nəticəsində ölməsi adi bir haldır, amma Parisdə ölmələri beynəlxalq miqyaslı hadisədir. Axı İraqda 12 il əvvəl terror yox idi və terror İraqa ABŞ-ın bu ölkəni işğal etməsindən sonra gəldi. Heç 50 il əvvəl Əfqanıstanda və Pakistanda da terror yoxdu. Ora da terror öncə SSRİ-nin, sonra isə ABŞ-ın işğalından sonra ayaq açdı. İki il öncə Liviyada, Suriyada, Misirdə də terror yoxdu. Oralara da «Ərəb baharı»ndan sonra terror qədəm basdı. Necə deyərlər olmaz olsun belə «bahar».

«Charlie Hebdo»nun əməkdaşlarının terrorçular tərəfindən öldürülməsinin bütün dünya tərəfindən lənətlənməsi təqdirəlayiqdir. Amma onların iki ildən artıq bir müddətdə etdikləri təxribatı niyə hər kəs görməzlikdən gəlir? Və niyə bu təxribat söz azadlığı olur? Əgər tabuların qaldırılmasını istəyiriksə, o zaman niyə yəhudiləri «seçilmiş millət» elan edən Tanrıgülüş hədəfi olaraq seçilmir. Yəhudi fanatiklər buna dözə bilərlərmi? İnanmıram.
«Charlie Hebdo»nun İsa peyğəmbəri gülüş hədəfi olaraq seçməsi adi bir haldır. Bu tolerantlıq yəhudilərdə də varmı? Və «Charlie Hebdo» yəhudilərin tanrısını, ya da peyğəmbərlərini hədəf olaraq seçmişdimi?

Məsələ heç də yəhudilikdə deyil. Amma bu gün Suriyada və İraqda baş verənlər «Xolokost»da yaşananlardan qat-qat dəhşətlidir. Parisdə Həmrəylik Marşı keçirən liderlər Suriyaİraqda axan qanları durdurmaq üçün nə edirlər. Sadəcə öz maraqlarını təmin etmək üçün terrorçuları silahlandırmaqda davam edirlər.

Bir neçə il öncə Türkiyədə erməni əsilli jurnalist Hrant Dink öldürüldüyü zaman bəzi türk təşkilatları əllərinə «həpimiz erməniyik» plakatı götürərək küçələrə çıxmışdılar. Bu gün isə Parisdə hər kəs «Mən Charlie Hebdoyam» deyərək küçələrə çıxdı. Bəs hər gün öldürülən, əsir alınan, bazarlarda satılan və evindən didərgin düşən müsəlman üçün nə deyib küçəyə çıxaq.

Bəlkə bütün müsəlmanlar əllərinə «həpimiz yəhudiyik» plakatı alıb küçəyə çıxsalar, bu məşəqqət və qətliam sona çatar?

Azər QARAMANLI 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar