Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Hilton» otelin qarşısında polislərlə əlbəyaxa olan qadın sürücü kimdir?


Rəhimova Samidəni müğənni Aygün Bəylərlə nə bağlayır?


«BMV»-nin sürücüsü sərbəst buraxılsa da, tədqiqat davam edir

Bəzi elektron KİV-lərdə 18 avqust 2014-cü il tarixində «Hilton» otelinin qarşısında DYP əməkdaşları ilə dövlət nömrə nişanı 90-FK-555 olan «BMW X6″ markalı avtomobilin sürücüsü arasında hansısa insidentin yaşanması ilə bağlı informasiyalar yer alıb. Həmin məlumatlarda iddia olunur ki, dövlət nömrə nişanı 10-YP-528 olan Yol Patrul Xidmətinin (YPX) İlqar İbrahimov adlı inspektoru dövlət nömrə nişanı 90-FK-555 olan «BMW X6″ markalı avtomobili saxlayıb. Elə bu zaman xanım sürücü ilə DYP əməkdaşları arasında insidentin yaşandığı , hətta qadın sürücünün kobud formada təhqir edildildiyi bildirilir. İdda edilir ki, «BMW»-nin xanım sürücüsü çox hörmətli şəxslərdən olduğundan onun adını açıqlamır: » İnspektor sürücüyə yaxınlaşmaq əvəzinə, avtomobilini tərk etmədən səsgücləndirici vasitə ilə xanım sürücünü ona yaxınlaşmağa tələb edib. Bu zaman xanım sürücü öz avtomobilindən düşərək, YPX əməkdaşına yaxınlaşıb. İlqar adlı inspektor sürücüdən sənədlərini tələb edib və onun guya içkili olduğunu iddia edib. Əslən naxçıvanlı olan xanım sürücü isə içkili olmadığını bildirib və qeyd edib ki, gözəl ölkəmiz var. Ən yüksək səviyyədə mümkündür ki, içkili olub-olmadığı yoxlanılsın. Amma YPX əməkdaşı buna əhəmiyyət verməyərək, X6-nı xanımın əlindən alır, onu itələyərək paltarını cırır, burun nahiyəsinə zədələr yetirir və maşına basaraq 39-cu Polis Bölməsinə aparır».

Azinform.az-ın isə bu məlumatlar əsasında apardığı araşdırma nəticəsində ortaya başqa maraqlı detalar çıxıb. Belə ki, 18 avqust 2014-cü il tarixində «Hilton» otelinin qarşısında DYP əməkdaşları dövlət nömrə nişanı 90-FK-555 olan «BMW X6″ markalı avtomobi yol hərəkət qaydalarını pozduğuna görə həqiqətən saxlayıblar. Bu haqda bizə məlumat verən mənbənin dediyinə görə, avtomobilin qadın sürcüsü saxlanmağına ən kobud formada etiraz edib: «DYP əməkdaşlarının üstünə qışqıraraq onu niyə saxladıqlarının səbəbini oyrənmək istəyib. Polislər xanıma qaydanı pozduğunu izah etmək istədikdə isə qadın gah özünü yüksək vəzifəli adamlardan birinin həyat yoldaşı, gah da hansısa icra başçısının qızı kimi qələmə verməyə çalışıb. DYP əməkdaşları ondan sənədlərini istəyəndə isə qadın sürücü polislərin üstünə hücuma keçib, əlinə keçən əşyaları onların başına çırpmağa çalışıb».

Bizə verilən məlumatda bildirilir ki, «BMV»nin xanım sürücüsü tərəfindən edilən bu hərəkətlər DYP avtomobilində olan kamera vasitəsilə saniyəsinə kimi lentə alınıb. Belə qarşıdurmadan sonra polislər qadın sürücünü ərazi üzrə polis bölməsinə aparıblar. Elə əsl həngamə də bundan sonra başlayıb.

Qadının xahişini ilk edənlərdən biri əməkdar artist Aygün Bəylər olub.  Deyilənə görə, tanınmış müğənni cox sərt formada polislərdən qadını azad etməyi tələb edib. Lakin ona qadının davranışları izah ediləndən sonra, müğənni sakitləşib.

39-cu polis bölməsində qadın barəsində müvafiq pratakol tərtib ediləndən sonra onun tərəfindən imza edilib. «BMV»-nin sürücüsü sərbəst buraxılsa da, tədqiqat davam edir.

Azinform.az-a həmçinin insidentdə adı hallanan və özünü yüksək vəzifəli şəxslərin qohumu kimi qələmə verən  qadının kimliyi də məlum olub. Bu, Bakı şəhəri,  Səbail rayonu «Mərdanov qardaşları»  ev12, mən 16-da qeydiyyatda olan Rəhimova Samidə Ağəli qızıdır. Xanımın hansı vəzifəli şəxsin qohumu olması istiqamətində araşdırmalarımız davam edir…

Adları çəkilən şəxslərin də fikirlərinə yer verməyə hazırıq (Azinform.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar