Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Teatrımıza qarşı iddilar əsassızdır»


"Teatrımız haqqında son zamanlar kiminsə işdən qovulması, kimlərəsə təzyiqlər olunması, Mingəçevir Teatrında yaradıcı insanların sıxışdırılırması kimi söz -söhbətlər gəzir. Tam səmimi və dəqiq deyirəm ki, bütün o iddialar əsassızdır".


Bunu Mingəçevir Dövlət Dram Teatrının direktor muavini Vüsal Məmmədov teatr haqqında son günlər mətbuatda yayılan məlumatlarla bağlı PİA.AZ-a yolladığı məktubunda bildirir.

Həmin məktubu olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:


"2014 -cü ilin mart ayından başlayaraq Mingəçevir Dövlət Dram Teatrı özünün əsl intibah dövrünü yaşayır. Daxili nizam -intizamı pozduğu və tamaşanı yarımçıq saxladığı üçün Salamov İbrahim qanuni şəkildə Teatrdan uzaqlaşdırılıb. Teatr rəhbərliyinə, həmçinin teatrın iş ahənginə problemlər yaratmaq məqsədilə, İ.Salamovun illərdir yaratdığı qruplaşma ərizə yazıb işdən çıxsalar da, istədiklərinə nail ola bilmədilər. Qanunun aliliyini unudub dayanmadan "dost-tanış" saytlara, bəzi xəbər portallarına şər-böhtan dolu yazılar göndərirlər. Lakin, xalq artistini, əməkdar artistləri susqun olmaqda, dinməməkdə günahlandırmaq, dünənədək özlərinin sənət yoldaşları olan gənc aktyor və aktirsaları bu gün "ordan -burdan gələnlər" deyib kiçiltmək heç bir məntiqə sığmır. 

Teatrımızın gənc aktyorlarının təhsilindən danışarkən öz yanınızdakı dostarınızında təhsil dərəcələrinə biraz fikir verin. Yəqin ki nə demək istədiyimi anladınız. Dünənə kimi o insanlarla birgə səhnələrdə rol almırdınızmı? Bu gün gərçəyi deyirlər deyə, rəhbərliklə eyni mövqedə duraraq əl-ələ verib əsl sənət nümayiş etdirillər deyə onları ittiham etməyiniz nə dərəcədə doğrudur? Mədəniyyət ocağında işləyən biri şikayətini öz nazirliyinə yox birinci mətbuata deyirsə əhali ilə uşaqlarla ünsiyyətdə olan bir kollektivdə bir neçə tamaşaya 10-15 dəqiqə qalmış intihar edirəm deyə insanlarda diqqət , çaşqınlıq yaradan biri necə tamaşaçının önünə çıxa bilər?

Bir anlıq düşünək Səxavət Məmmədovdan qabaq iki direktorla da yola getmiyən eyni söz-söhbətlərlə münaqişə yaradan, bir neçə baş rejissorla da yola getməyən bir insan bu qədər insanlarla mübahisədə düz ola bilərmi? Yəni bu qədər insan haqsız, bir İbrahim Salamov haqlı ola bilməz.

O ittihamların yalan olduğunu sübüt edən elə İbrahim Salamovun özünün bir-birindən fərqli 4 facebook yazısını misal çəkə bilərəm. Bir yazıda İ.Salamov Mədəniyyət və Turizm Nazirinin muavini cənab Ədalət Vəliyevi pisləyir və deyir ki, mənim MDDT -nın direktoru ilə heç bir problemim yoxdur, mən Nazirlikdən narazıyam. 

Başqa birində yazıb ki, o, MDDT-nın Direktorundan narazıdır, nazirlik normal işləyir, amma direktor nazirliyin adından istifadə edir. Digər yazıda MDDT daxilində əsl sənət abu-havası olduğunu, yeni rəhbərliyin bütün problemi həll etdiyini və hamıya şərait yaratdığını qeyd edib. 

Son günlərdəki yazılarında isə İ.Salamov Səxavət Məmmədovun direktor təyin edildikdən sonra guya teatrda ona heç bir aidiyyatı olmayan keçmiş qalmaqalların prinsipini aparır.

Qapının girişində monitor qoyulubsa, insanlar baxacaqları tamaşadan, kinodan fraqmentlər izləyirsə, burda qəbahət nə var? Monitoru çəkib sosial şəbəkədə yaymaqla, kinodan çıxan insanların fotosunu çəkməklə heç nəyə nail ola bilməyəcəklər. Əgər iddia etdiyiniz kimi haqlısınızsa, onda kollektivdən çox demirəm iki nəfəri yanınıza çəkin, görün sizin “haqq səsi”nizə dəstək çıxacaqlarmı. Əgər yanınızda kimsə yoxdursa, demək ki, haqsızsınız.
 
Bu gün Mingəçevir Teatrına daxil olan istər tamaşaçı, istər jurnalist, istər tələbə və s. hər bir kəs teatrımızdakı yenilikləri, teatrın inkişafını, kollektivin mehribançılığını tam şəkildə hiss edə bilər. Direktor Səxavət Məmmədovun danılmaz səyi və fəaliyyəti nəticəsində daxili nizam -intizam tam qurulub, sənət adamlarına öz peşəsini layiqincə yerinə yetirməkləri üçün çox gözəl şərait yaradılıb. Düşünürəm ki, bunu hər bir Mingəçevirlinin, hər bir tamaşaçının dilindən eşitmək mümkündür. 

Bu günlərdə çox qısa zamanda yeni tamaşa qurulub və hal-hazırda həmin tamaşa səhnəyə qoyulub. Bu haqda mətbuatdan və teatrımızın facebook səhifəsindən də izləmək mümkündür. 

Mədəniyyət və Turizm Nazirliyinin də qeyd etdiyi kimi bir çox xarici ölkələrdə, o cümlədən, paytaxt teatrlarında və Mingəçevir Teatrında   tamaşaçıların asudə vaxtlarının səmərəli və maraqlı keçirmələri üçün kafe fəaliyyət göstərir. Dram Teatrın rəhbərliyi iki İnstitutun, iki Kollecin, o cümlədən, şəhər sakinlərinin istəklərini, xahişlərini və tələblərini nəzərə alaraq kino zalının açılmasına da şərait yaratmışdır. 

Respublikamızın ən böyük şəhərlərindən olan Mingəçevirdə artıq insanlar sovet dövründəki kino xatirələrini danışmırlar. Sovet dövründən bəri görülməmiş, bu cür yeniliklər, bütün bu inkişaf Teatrımızın kollektivinin, yaradıcı heyyətinin, daimi izləyicilərimizin, asudə vaxtını harada-necə keçirəcəyini düşünən tələbə kontinentinin istəklərinə cavab verən uğurlarımızdır. Mingəçevir Teatrı artıq intihar şouları ilə, tamaşadan imtina təhdidi ilə, aktyor yumruğu ilə, yüksək səslə, söyüşlərlə yox, əsl sənət əsərləri ilə, sənət adamları ilə gündəmə gəlmək istəyir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar