Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Әli Kərimli prokurorluğa çağırıldı


AXCP sədri Əli Kərimli aprelin 21-i, saat 10.30-a Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb


.“AzPolitika”nın məlumatına görə, o, bu barədə özünün Facebook səhifəsində yazıb. AXCP sədri bildirib ki, bu çağırış siyasi sifarişdir.

“Yadınızdadır, biz “Talana, korrupsiyaya, monarxiyaya yox!” tələbilə mitinq təşkil edəndə YAP-ın sözçülərindən olan Siyavuş Novruzov hüquq-mühafizə orqanlarına bir təlimat vermişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verib. Sonra da hüquq-mühafizə orqanlarına çağırış etmişdi ki, bu işi araşdırsınlar. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdi.

Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar”.

Əli Kərimli həmçinin, bildirib ki, müavini Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar