Xəbər verdiyimiz kimi, ötən gecə aktrisa, xalq artisti Nuriyyə Əhmədova vəfat edib
Qəfil halı pisləşib xəstəxanaya qaldırılan aktrisanı həkimlər xilas edə bilməyiblər. Milyonların sevimlisi olan aktrisa ilə vidalaşmağa çox adam gəlsə də, mədəniyyət və incəsənət adamlarının bəziləri soyuqluq göstəriblər.
Prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə video paylaşaraq bu sözləri yazıb:
"Bu da son. Azərbaycanın xalq artisti olmaqla deyil. Gərək ona vaxtında dayaq, qayğı və diqqət göstərəydilər. Allah heç bir insanı evsiz-eşiksiz və hətta dünyasını dəyişəndə başqa evdən meyidinin götürülməsini qismət eləməsin. Gəldim və bir daha anladım ki, xalq sevgisi olsa da, amma mədəniyyətdə və incəsənətdə yenə də 10 dəqiqə vaxt tapıb, gəlib başsağlığı verməyə vaxtları olmayan insanlar var imiş".(milli.az)