Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2016-cı il Cənub Qaz Dəhlizi üçün önəmli il olacaq” – Rövnəq Abdullayev


Cənub Qaz Dəhlizi layihəsi boyunca boru kəmərlərinin tikintisi işlərinə 26 min nəfərdən artıq işçi cəlb olunub


“İnanıram ki, Cənub Qaz Dəhlizi layihəsi üçün 2016-cı il önəmli il olacaq”.

 “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “The Business Year” jurnalına müsahibəsində bildirib.

“Cənub Qaz Dəhlizi SOCAR-ın ən böyük layihəsidir və Xəzər dənizindən böyük həcmdə qazın Avropa bazarlarına nəql olunmasına imkan verəcək. 45 mlrd. dollarlıq bu meqalayihənin tikintisi üzrə işlər uğurla həyata keçirilir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi üzrə öhdəliyimizə tamamilə sadiq qalırıq. Bu layihə Avropa İttifaqının enerji siyasətinin əsas hissəsi və Avropa üçün strateji layihədir”, – deyə SOCAR prezidenti əlavə edib.

R.Abdullayev bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi boyunca boru kəmərlərinin tikintisi işlərinə 26 min nəfərdən artıq işçi cəlb olunub.
SOCAR rəhbəri qeyd edib ki, Azərbaycan və Gürcüstanda böyük irəliləmə davam edir və burada layihə üzrə 60%-dən çox işlər tamamlanmaq üzrədir. R.Abdullayev Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin də vaxtında və büdcəyə uyğun irəlilədiyini bildirib. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) üzrə də işlərin davam etdiyini qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar