Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20 Yanvar“ metro stansiyasındakı ticarət obyektləri niyə sökülür?


Dünəndən etibarən "20 Yanvar" metro stansiyasında fəaliyyət göstrərən ticarət obyektlərinin söküntüsünə başlanılıb


Artıq metronun giriş və çıxışlarında olan obyektlər tam sökülüb. Lakin bu ticarət obyektlərinin hansı quruma məxsus olması və niyə sökülməsi haqqında məlumatın olmaması təəcüb doğurur.

Belə ki, satıcılara söküntünün yalnız stansiyanın giriş və çıxışlarında olduğunu bildirsələr də, onun səbəbləri və sökülən obyekt sahiblərinin hara köçürülməsi barədə məlumat verilmir.

Məsələ ilə bağlı Bakı Metropoliteni QCS-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, həmin obyektlərin metropoliten ərazisi olmadığı üçün obyektlərin niyə və hara köçürülməsi ilə bağlı məlumatın olmadığı bildirildi.

Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentində də söküntü işləri barədə məlumatsız olduqları bildirildi.

Məsələ ilə əlaqədar rəy bildirin "Azəryolservis" ASC də obyektlərin onların balansında olmadığını qeyd etdi.

Ərazinin sahibi və söküntünün kim tərəfindən aparılması bəlli olmasa da, 20 Yanvar metro stansiyasının giriş və çıxışlarındakı ticarət obyektləri artıq sökülüb.interaz.tv


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar