Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20 Yanvar“ stansiyasında ticarət obyektləri sökülür


Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektlərinin söküntüsünə start verilib


 Milli.az xəbər verir ki, stansiyanın əsas giriş-çıxışının qarşısında olan obyektlər sökülür. Obyekt sahibləri isə əlacsızlıqdan əllərində olan malları dəyər-dəyməzinə satmaq qərarına gəliblər. Onlar "əvvəlki" obyektlərinin qarşısında dayanaraq öz mallarını əllərində satmalı olublar.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin nəzdində olan ticarət departamenti ilə əlaqə saxladıq. Departamentdən verilən məlumata görə, obyektlər bir neçə günə tamamilə yığışdırılacaq.

"Əslində söküntü işləri bir neçə gün öncədən başlamalı idi. Ancaq Ramazan bayramı ilə əlaqədar camaatı həmin gün çörəkpulundan etmək istəmədik. Gözlədik ki, bayram qurtarandan sonra obyektlərin söküntüsünə start verək.

Obyektləri sökülən sakinlərin harada və necə işləməklərinə artıq biz cavabdeh deyilik. Stansiyanın girişindən çıxışınacan olan ərazidəki bütün obyektlər söküləcək. Gündüz insanların çoxluğundan sıxlıq olur deyə söküntü işləri gecə vaxtı olur. Ona görə də işlərimiz, ola bilsin, bir az ləngisin, ancaq ən geci sabaha qurtararıq".

Obyekt sahibləri isə bildirdilər ki, əllərində olan mallar batmasın deyə onları dəyər-dəyməzə öz obyektlərinin qarşısında satmaq məcburiyyətindədirlər.













Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar