Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“22 il ərzində diplomatik məcrada heç nəyə nail olmamışıq“

Ermənistan siyasi və beynəlxalq araşdırmalar Mərkəzinini direktoru Ağasi Yenokyanın Qarabağ cəbhəsində dördgünlük müharibədən sonrakı durumla bağlı Ermənistan nəşrinə müsahibəsini oxuculara təqdim edirik:


-Serj Sərkisyan yüksəkrütbəli hərbçiləri işdən azad etdi. Hesab etmək olarmı ki, məsul şəxslər dairəsi qəsdən daraldılıb?

-Düşünürəm ki, bu faktlar iki məqsəd güdür. Birincisi, müharibə vaxtı müdafiə sahəsində nöqsanlar üzə çıxdı və biz aysberqin yalnız zirvəsini görürük. Bu həmçinin ona yönəlib ki, ehtiraslar sakitləşsin. Lakin düşünürəm ki, işdən çıxarılmanın səviyyəsi yüksək olmalıydı – Yuri Xaçaturov, Seyran Ohanyan, Edvard Nalbandyan. Həmçinin aydın oldu ki, duruma Serj Sərkisyan nəzarət etmir, amma bildirmişdi ki, işdən çıxarılma olmayacaq. Belə çıxır ki, onun rəyini nəzərə almadan azad ediblər.

-Sərkisyan Bloomberg-ə müsahibəsində bildirdi ki, 2011-ci ildə Kazanda əraziləri təhvil verməyə hazır idi.

-Ərazilərin geri qaytarılması bütün danışıqların predmeti olub. Məhz hansı əraziləri güzəştə getməyə hazırlaşdıqları haqda Rusiya mətbuatından bilməyimiz isə başqa bir məsələdir. İkinci məsələ – bu ərazilərin əvəzində bizə lazım olanı əldə edəcəyikmi? Bu, DQR-ə (mətndə bu cürdür-tərc.) təhlükəsizlik zəmanəti verəcəkmi? Çünki indi məhz həmin ərazilər “təhlükəsizlik zonası” sayılır.

-Azərbaycan atəşkəs haqda 1994-cü il sazişinin qüvvədən salınması haqda BMT-yə müraciət edib. Hadisələr necə inkişaf edəcək?

-Azərbaycan hərbi əməliyyatlara başlamaq və o zaman müəyyən edilmiş təmas xəttini dağıtmaqla artıq sazişi qüvvədən salıb. Onların BMT-yə niyə müraciət etdiyini bilmirəm, ola bilsin, beynəlxalq ictimaiyyəti xəbərdar edir ki, müharibəyə başlayır. Bu, müharibə elan etməkdir.

-Ermənistan tammiqyaslı müharibəyə hazırdırmı?

-Bir tərəfdən, biz Dördgünülük müharibədə Azərbaycanın təzyiqinə qarşı dura bildik. Bilirik ki, bizdə uzaq vuran silahlar – önləmə tədbirləri var. Dünyada ilk dəfə olaraq Qarabağda pilotsuz təyyarələr tətbiq edildi, buna görə də hərbi texnikaca mükəmməlləşməyimiz gərəkdir. Lakin sıradakı məsələ var – diplomatiya.

-Dördgünlük müharibədən sonra diplomatiyanı hər şeydən çox müzakirə edirlər.

–Müharibə göstərdi ki, biz 22 il ərzində diplomatik məcrada heç nəyə nail olmamışıq. Hökumətimiz ümid edirdi ki, müəyyən edilmiş status-kvo ilə problemi nizamlanmaış saymaq olar və çapovulçuluq dövrü yetişib. Müdafiə qabiliyyətinin artırılması, Qarabağın təhlükəsizliyini təmin edə biləcək diplomatik qərarlar haqda heç kim düşünmürdü. Və diplomatiyamız elə ilk günlərdən iflic durumda göründü. Bunun təşəbüsskarları həmsədrlər və əlbəttə ki, Rusiya idi.

İkinci mühüm məsələ – daxili islahatlardır. Bəli, xalqımız bu dəfə də səngərlərdə öz oğulları ilə yanaşı durdu, lakin tədricən qalmaqallı əhvalatlar aşkarlanır. İnsanlar dərin ədalətsizlik hiss edirlər. Onlar artıq bilmirlər ki, Ermənistan kimə məxsusdur – vətəndaşlara, yoxsa oliqarxlara? Və onlar kimə işləyirlər – özlərinə, yaxud oliqarxlara, onların təhlükəsizliyinə? Hökumət operativ tədbirlər görməsə, bu məsələ bütün kəskinliyi ilə qarşıda duracaq. Lakin Seçki kodeksi layihəsinin müzaklirəsinin gedişində görürük ki, hökumət buna hazır deyil və yenə də hamını barmağına dolamağa cəhd edir. Oliqarxları oliqarxlıqdan salmaq çağırışları isə əsil isteriya doğurur. Xalq nə baş verdiyini  anlayır, hökumət isə başa düşmür. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar