3 ildir küsülü olan əməkdar artist Röya Ayxan və müğənni-bəstəkar Hacı Nazim Məmmədov barışıb
N.Məmmədov Axşam.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib:
“Röya ilə 3 ildir küsülüyük. Hərəmiz özünə qapanıb, kənara çəkildik ki, problemlər aradan qalxsın. Birlikdə işbirliyi etməyimizə nəyinsə mane olmasını istəmirdik. Dost arası söz-söhbətsiz olmur. Evdə bacı-qardaş arasında da söz olur. 3 ildən sonra bir-birimizi görəndə gülə-gülə salamlaşıb, görüşüb, şəkil çəkdirdik”.
Bir müddət əvvəl əməkdar artist Abbas Bağırovla küsülü olduğunu açıqlayan ifaçı onunla da barışdığını deyib:
“Efirlərin birində Abbasla küsülü olduğumu dedim. Aradan 1 həftə keçəndən sonra zəngləşdik, danışıb problemi aradan qaldırdıq. Kiminləsə küsülü qala bilmirəm”.
pia.az