Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“70 nəfərə böyrək, 22 uşağa sümük iliyi köçürülüb” - Oqtay Şirəliyev


Səhiyyə naziri Oqtay Şirəliyev Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirliyin səlahiyyətli nümayəndələri ilə yanaşı, Qazax rayon yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Səhiyyə naziri bildirib ki, əgər ilk aylarda qəbula 80-100 sakin müraciət edirdisə və müraciətlərdə müalicə məsələləri, xaricdə müalicə və bu kimi problemlər üstünlük təşkil edirdisə, artıq qəbula gələnlərin sayı 20-30 arası olur ki, bunlar da əsasən ölkə başçısına, problemlərinin həllinə görə səlahiyyətli qurumlara minnətdarlıq hissi ilə gələnlərdi.

Nazir tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlərin bu gün də davam etdiyini nəzərə çatdırıb: "Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. O cümlədən mərkəzi xəstəxanaların açılışında ölkə başçısı şəxsən iştirak edib və öz xeyir-duasını verib".

O.Şirəliyev bu yaxınlarda Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışının olacağını da qeyd edib.

Nazir 200 mindən çox şəkərli diabet xəstəsinin illər boyu dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunmasını, diabetli uşaqlara adi şpris-qələm deyil, dərman insulin pompası vasitəsilə yeridildiyini, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstənin illər boyu müalicə almasının və bunun sayəsində onların ömrünün uzanmasını, ölüm göstəricisinin azalmasını və faktiki olaraq məhz buna görə də ildən-ilə belə xəstələrin sayının artmasını vurğulayıb:

"Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb. Eyni zamanda ölkədə sümük iliyi transplantasiyası əməliyyatları da həyata keçirilir. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb. Belə əməliyyatların icrası güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrları sayəsində mümkün olub. Bu gün ölkənin tibb işçiləri Türkiyə, Almaniya və.s inkişaf etmiş kimi ölkələrdə tibbi hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar