Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“95 min insan vuruşsaydı, müharibədə uduzmazdıq”


Milli Məclisin hazırda davam edən plenar iclasında çıxış üçün söz alan deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında maraqlı dialoq olub


Z.Oruc 5 dəqiqəlik çıxışdan sonra nitqini dayandırıb və reqlamentin 5 dəqiqəyə endirilməsinə maraqlı formada etiraz edib. 

Onun “Oqtay müəllim, reqlament 5 dəqiqədir, ya 10 dəqiqə?” – sualına cavabında spiker bir daha xatırladıb ki, reqlament 5 dəqiqə müəyyənləşdirilib. Z.Oruc “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəm, çünki bu, mənim öz fikirlərimə hörmətsizliyim olar”-deyib. 

Milli Məclisin sədri isə Z.Oruca maraqlı reaksiya verib: “Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış!”

Deputat Zahid Oruc spikerin bu reaksiyasını təqdir edərək çıxışına davam edib. Qarabağ əlillərinə, şəhid ailələrinə ayrılan məvaciblərin artırılmasını təklif edən deputat əlillərin eyni məkanda yaşamasını doğru saymamaqla yanaşı, onların işlə təmin olunmasını cəmiyyətə inteqrasiya üçün vacib sayıb: “Şəhid ailələrinə 220 manat təqaüd verilir. Qarabağ müharibəsi iştirakçıları ilə bağlı rəqəm 95 mindir. Bu rəqəmin bir hissəsi saxtadır, bu, bəllidir. Ya vəlvələdən, ya zəlzələdən belə olub. 95 min insan vuruşsaydı, müharibədə uduzmazdıq, bu, dəqiqdir. Amma bu insanların durumu ilə bağlı addımların atılmasına ehtiyac var”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar