Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“A.M.A.Y” Abdulla”nın məhkəməsindəki müəmmalı fasilə bitmək bilmir


İş adamına qarşı təzyiqlərin olduğu iddiası var; onun iqtidarla anlaşmaya gedəcəyi də istisna deyil


Bu gün "A.M.A.Y." ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin və digərlərinin işi üzrə məhkəmə prosesinin təxirə salınmasının 1 ayı tamam oldu. 

İyunun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi qeyri-müəyyən səbəbdən qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Təxirə salınmanın səbəbi haqda məhkəmədən hər hansı açıqlama verilməyib. Bəzi məlumatlara görə, A.Abdullayevin işi üzrə prosesin təxirə salınması 1-ci Avropa Oyunları (AO) ilə əlaqəli olub. 

Ümumiyyətlə, AO ərəfəsində və zamanı Zabrat qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasından məhkəmələrə təqsirləndirilən şəxslərin gətirilməsində ləngimələr yaranmışdı. Bunun səbəbi kimi təqsirləndirilən şəxslərin məhkəmələrə gətirildiyi yolun Bakı Olimpiya stadionunun yaxınlığından keçməsi və yolda məhdudiyyətlərin qoyulması ilə əlaqəli olduğu göstərilirdi. Artıq oyunlar bitib və yollarda hər hansı bir problem yoxdur. Bu isə A.Abdullayevin işi üzrə prosesin səbəbinin başqa olduğunu söyləməyə əsas verir. Ötən müddət ərzində A.Abdullayevin yaranmış duruma reaksiya verməməsi onunla müəyyən danışıqların aparılması qənaətini yaratmışdı. Lakin vəkili Osman Kazımovun mətbuata son açıqlaması yaranmış qənaətin doğru olmadığını ortaya qoydu.

 “Bunlar sifarişlə keçirilən məhkəmələrdir və konkret söz deyilməyincə, hansısa bir hərəkət olacağı inandırıcı deyil”, - deyə vəkil faktiki məhkəmələri müstəqil olmamaqda ittiham etmişdi. O.Kazımov A.Abdullayev və daha 5 nəfər üzərində mart ayından iyun ayına kimi davam edən məhkəmə prosesləri və konkret ittihamlar barədə açıqlama verib. “Burada müdafiə tərəfi üçün vacib olan budur ki, ittiham tərəf irəli sürdüyü ittihamları sübuta yetirə bilmir”, - deyə vəkil istintaqı əsassız ittiham irəli sürməkdə suçlayıb. O qeyd edib ki, istintaq tərəfin yüzlərlə zərərçəkən kimi tanıdığı şəxs A.Abdullayevi təqsirli və ya zərərvuran şəxs kimi tanımayıblar. Vəkilə görə bu da onu göstərir ki, istintaq təqsirləndirmək istədiyi şəxsin təqsirini sübuta yetirə bilməyib. O.Kazımov A.Abdullayevin şantaja məruz qaldığını da açıqlayıb. Onun sözlərinə görə, məhkəmə prosesinin gedişində şantajın haradan qaynaqlanması bütün proses iştirakçılarına da aydın olacaq. 

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. 

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürməklə həmin vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y." MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. A.Abdullayevə və digərilərinə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib. İş üzrə təqsirləndirilənlərdən yalnız onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar