“AAAF Park”ın direktorunun həbsi barədə xəbərə şirkət tərəfindən münasibət bildirilib
Bu barədə “Qafqazinfo”ya açıqlama verən şirkətin məsul şəxsi Rəşad Əliyev bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:
“Şirkətin təsisçisi Tofiq Heydərov hazırda iş başındadır”.
R. Əliyev həmçinin bildirib ki, hazırda yayılmış məlumat şirkətin hüquqşünasları tərəfindən araşdırılır və hüquqi müstəvidə ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət olunacaq: “Bu məlumatlar müştərilərimiz arasında heç bir narahatçılığa səbəb olmamalıdır”.
Qeyd edək ki, bir qədər sonra “AAAF Park”ın rəhbəri Tofiq Heydərovun da açıqlaması “Qafqazinfo”da dərc olunacaq.