Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AAAF Park”da ölümcül poliuretan təhlükəsi - Fotolar


Mayın 19-da Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətin ki, silinsin də


Lakin görünür, bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar. 

Məlum olduğu kimi, 16 nəfərin faciəli ölümü ilə nəticələnən yanğına binada üzlük kimi istifadə edilən penoplast materialı səbəb olmuşdu. Və bu faciədən sonra prezident İlham Əliyevin göstərişi ilə penoplast üzlüklərinin kütləvi şəkildə sökülməsinə başlanıldı. 

Lakin bəzi tikinti şirkətləri hələ də bu təhlükəli materialdan yararlanır.

Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində salınan “AAAF Park” yaşayış kompleksində bəzi binalarda 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialından hələ də istifadə olunur.  

Bu, həmin binalarda mənzil alanların narazılığına səbəb olsa da şirkət rəhbərliyi qərarını dəyişməyib. 

Həmin kompleksə yollanan aznews.az-ın əməkdaşı parkda tikilən binaların xeylisinin bu üzlüklərlə örtüldüyünü müşahidə edib. Ustaların verdiyi məlumata görə, məlum faciədən sonra park ərazisində tikilən binaların demək olar ki, hamısı məhz bu materiallarla üzlənilir. Onlar bunu penoplastlara qadağa qoyulduqdan sonra bunun çox ucuz başa gəlməsi ilə əlaqələndiriblər. 

“AAAF Park”ın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Lalə Bağırova məlumatı təstiqləyərək təxminən 3 binada üzlük kimi penoplastdan istifadə edildiyini bildirib. 

O, prezidentin məlum göstərişindən sonra binanın üzlüklərinin niyə sökülmədiyi barədə suala belə cavab verib: “Bizə bu materialların sökülməsi ilə bağlı heç bir rəsmi məlumat gəlməyib”. 

Departament rəhbəri qeyd edib ki, Binəqədidəki yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi bu binalarda istifadə edilən penoplastları yoxlayıb və təhlükəsiz olduğunu bildirib. Lakin Lalə Bağırova bununla bağlı heç bir rəsmi sənədin olmadığını deyib.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar