Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Rusiya üçün “Qafqaz bombası“ hazırlayır“


Ermənistan prezidenti Serj Sərkisyan və ABŞ dövlət katibui Con Kerri


Vestnik Kavkaza.ru, 19.08.2016

ABŞ hazırda Dağlıq Qarabağ münaqişəsindən Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək, onu bölgədən çıxartmaq və orada öz nüfuzunu möhkəmlətməkdən ötrü alət kimi istifadə edir.

Aktual İqtisadiyyat İnstitutunun direktoru, “Vətən” partiyası siyasi şurasının rəyasət heyətinin sədri Nikita İsayev “Vestnik Kavkaza” agentliyinə bu cür fikir bildirib.

O, qeyd edib ki, ABŞ gizlətmədən, əksinə açıqca bildirir ki, Ermənistan onun üçün Qafqaz və Yaxın Şərq siyasətinin yürüdülməsi üçün platsdarm rolunu oynayır. “Buna görə də prezident seçkiləri ilə məşğulluq, ticarət tərəfdaşlığı vasitəsilə Avropanın udulması, İraq, Suriya, Əfqanıstandakı missiyalar və yaxud qaz dəhlizlərinin itirilməsinin mümkünsüzlüyü üzündən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə qarışmadığı haqda açıqlaması uydurmadır”, – deyən ekspert diqqəti buna yönəldir ki, Amerikanın İrəvan səfirliyi həcm və sayca əvvəlki kimi dünyada ikinci olaraq qalır.

İsayevin hesab etdiyi kimi, Amerika diplomatik təmsilçiliyi əvvəlcə ABŞ-ın Yaxın Şərqdə əsas düşməni olan İranla mübarizəyə yönəldilmişdi. Ekspert deyir: “Bu gün bu səfirlik və onun 500 əməkdaşı vasitəsilə Yaxın Şərq və Cənubi Qafqazın bütün xəritəsinə təsir davam edir. İqtisadiyyatdan başqa ABŞ-ın buradakı əsas marağı bundadır ki, RusiyaErmənistanSuriyadan sıxışdırsın. Rusiyanın Cənubi Qafqazda əsas iştirakı Gümridəki 102-ci bazadır və Vaşinqton üçün bu məsələni aradan qaldırmaq və Ermənistanda artıq öz bazasını yerləşdirməklə mümkün hərbi əməliyyatları həyata keçirməkdir”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya xarici siyasətinin səhvlərini öz xeyrinə dönüşdürərək, Ermənistanda da eynilə Ukraynadakı proqram üzrə hərəkət edir. “Mənim fikrimcə, Rusiya əsasən üç kürsüdə əyləşmək xatirinə Türkiyə və Azərbaycana münasibətləri möhkəmləndirərək Cənubi Qafqazdakı əsas rəsmi tərəfdaşı Ermənistanla işi heçə çıxardır. Çünki faktiki olara dotasiyalaşdırdığımız və hərbi iştirakla təhlükəsizliyini təmin etdiyimiz Ermənistandansa bu ölkələrdə iqtisadi maraqlarımız xeyli dərəcədə çoxdur. Həmçinin Cənubi Qafqazda əsas münaqişə olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə heç cür müəyyənləşə bilmirik” – deyə politoloq  vurğulayıb.

İsayev əlavə edir: “ABŞ sözdə ATƏT Minsk qrupu çərçivəsində Madrid prinsipləri üztrə danışıqlar prosesinin aparılmasının gərəkdiyini bildirib RusiyaErmənistandakı qatı rus xofu əhvali-ruhiyyəsi altında qoyur (və bu, yetərincə önəmlidir, bu haqda az adam danışır), nizamlanması hələlik faktiki mümkünsüz olan münaqişənin nziamlanmasında fəal iştirak edən Rusiya Ermənistan cəmiyyəti tərəfindən Ermənistana həm KTMT xətti, həm hərbi iştirak və hərbi yardım haqda 1997-ci il müqaviləsi üzrə, həm də AİB və Gömrük Birliyi xətti üzrə öz strateji müttəfiqi kimi aydın şəkildə dəstək verməyən ölkə olaraq qəbul edilir”.

İsayevin dediyi kimi, ABŞ-ın bir sıra, məsələn, Luiziana, Rod-Aylənd, Massaçusets, Kaliforniya ştatlarının parlamentləri Dağlıq Qarabağ respublikasını (mətndə bu cürdür-tərc.) suveren dövlət kimi tanıyır. Ekspert vurğulayır ki, Amerika qanunvericiliyinə görə, Amerika ştatlarının 25%-dən çoxu müəyyən xarici siyasət təşəbbüsünü dəstəklədiyi halda bu məsələ federal hakimiyyət tərəfindən nəzərdən keçirlə bilər. “ABŞ öz ştatları və erməni diasporu vasitəsilə Ermənistana bu cür yardım əli uzadır. Fransada da oxşar durumdur: Fransa parlamentində Fransa və Dağlıq Qarabağ respublikası arasında dostluq qrupu var, yəni Paris qanunvericilik səviyyəsində DQR-in de-fakto tanınması məsələsini qoyur”, – deyə ekspert xatırladır.

ABŞ Ermənistanda keçənilki “elektromaydan” və bu il patrul xidməti alayında girovların ələ keçirilməsi kimi münaqişəli vəziyyətlərdən tam şəkildə istifadə edir. Amerika səfirliyi son hadisədə bu münaqişənin zorla həll edilməsinin mümkünsüzlüyü haqqda danışdı və eyni zamanda iğtişaşlar zamanı yaralanmış adamları ziyarət və onların mövqeyinə sayğı göstərməyi tələb etdi. Burada Kiyev maydanı təkrar olunur: qiyamçılar tərəfindən hüquq-mühadfizə qurumlarına qarşı güc tətbiq edilincə Yanukoviçdən tələb olundu ki, zor tətbiq etməsin. Tezliklə Viktoriya Nulandın peçenyeləri işə düşsə, təəccüblənməyinə dəyməz”, – deyə ekspert xəbərdarlıq edir.

Onun fikrincə, Amerikanın fəaliyyətinə qarşı durmaq üçün Rusiyaya maneəni prezident Serj Sərkisyana bel bağlamaq yaradır. İsayev izah edir: “Rusiya keçən həftə Bakıda Azərbaycanİran liderləri, sonra Moskvada Türkiyə prezidenti, daha sonra isə Ermənistan prezidenti ilə görüşməklə prezident səviyyəsində fəal diplomatiya yürütməyə başlayıb. Problem bundadır ki, Rusiyayönlü siyasətçi sayılan və öz çevrəsi ilə korrupsiyaya bulaşmış Sərkisyan Ermənistan cəmiyyəti tərəfindən ölkənin yetərincə legitim lideri hesab edilmir. Ermənistanda seçkilər sərt pozuntularla keçirilib, hakim Respublika partiyası rəhbər postları heç də nəzakətlə tutmur. Uyğun olaraq, Sərkisyana münasibətdə neqativ Rusiyaya yayılır”.

Ermənistanda Rusiyaya nifrət əhvali-ruhiyyəsi son bir ildə 18%-dən 82%-ə yüksəlib. Fakt üzrə qarşımızdakı Ukrayna ssenarisinin təkrarıdır. Əlbəttə, aydındır ki, Ukrayna və Ermənistan müxtəlif ölkələrdir. Ukrayna cəmiyyəti çoxmillətli, Ermənistan isə birmillətlidir və onun üçün əsas məsələ Dağlıq Qarabağ olaraq qalır. Onun nizamlanmasına qədər – ki, ABŞ AzərbaycanErmənistanı fəal hərbi əməliyyatların təzələnməsinə təhrik edir – durum dəyişməyəcək. Dağlıq Qarabağ isə yenidən alovlansa, Sovet İttifaqının dağılması lekalları üzrə ondan sonra Orta Asiya başlayacaq, sonra isə Rusiya Şimali Qafqazına təzyiq başlanacaq. Bu isə RF-nin ərazi bütövlüyü altındakı barıt çəlləyidir. Bütün bunların başlanğıcı Qarabağ olacaq – biz xatırlayırıq ki, 1980-ci illərin sonunda SSRİ-i məhv edən detonatorlardan biri sovet dövlətçiliyinin sarsıdılması üçün xaricdən fəal şəkildə qızışdırılan Dağlıq Qarabağ münaqişəsiydi”, – deyə Aktual İqtisadiyyat İnstitutunun direktoru yekunlaşdırır. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar