Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ADP“ ilə “Ümid“ ayrıldı?


Uzun müddətdir “Qarabağ” siyasi blokunda birlikdə olan ADP ilə Ümid Partiyasının arasında bələdiyyə seçkilərində iştirak və digər məsələlərlə bağlı fikir ayrılığı yarandığı haqda xəbərlər yayılıb


Bildirilir ki, fikiq ayrılığı o həddə çatıb ki, hər iki partiya müttəfiqliyə son qoyub ayrılmaq üzrədirlər. 

PİA.AZ  xəbər verir ki, yayılan məlumatla bağlı “Yeni Müsavat” ADP sədri Sərdar Cəlaloğlu ilə danışıb. S. Cəlaloğlu xəbəri təkzib edərək dedi ki, Ümid Partiyası ilə ADP arasında heç bir fikir ayrılığı, ixtilaf yoxdur, müttəfiqlik davam edir.  Onun sözlərinə görə, sadəcə olaraq, bələdiyyə seçkilərində Ümid Partiyası ilə birlikdə iştirak edə bilmirlər: “Görünür, kimlərsə, bunu ADP ilə Ümidin arasında fikir ayrılığının olması, müttəfiqliyin pozulması kimi başa düşüb. Ümid Partiyası ilə ADP-nin seçkidə birlikdə iştirak edə bilməməsi hansısa fikir ayrılığı ilə bağlı deyil. Yeganə səbəb partiyalarımızın maddi-texniki imkanlarının bərabər olmamasıdır. Seçkidə iştirak etmək üçün xeyli vəsait lazımdır. ADP-nin kifayət qədər maddi imkanı yoxdur. Ümid Partiyasının isə ADP-yə nisbətən maddi imkanı var. Ümid Partiyası hökumət tərəfindən maliyyələşir. ADP isə hökumətdən maliyyələşmir. Parlament təmsilçiliyi olduğu üçün Ümid Partiyası dövlət büdcəsindən vəsait alır. Seçkidə blok şəklində iştirak edəriksə, hər partiya vəsait xərcləməlidir. Biz isə maddi imkansızlıq ucbatından həmin vəsaiti verə bilmirik. Ona görə də seçkidə birlikdə iştirak edə bilmirik və Ümid Partiyasını tək buraxmağa məcburuq”.

ADP sədri qeyd etdi ki, müttəfiqi də bunu yaxşı başa düşür: “İqbal Ağazadə ilə bu barədə danışmışam, seçkilərdə partiya kimi iştirak edə bilməməyimizin səbəblərini demişəm. Məhz maddi imkansızlıqdan ADP seçkiyə partiya şəklində gedə bilmir. Üzvlərimiz fərdi şəkildə seçkiyə qatılacaqlar. Bizim Ümid Partiyası ilə bütün fikirlərimiz üst-üstə düşür. Biz Ümid Partiyası ilə birlikdə daha ciddi birliklərin yaradılması istiqamətində düşünürük. Bələdiyyə seçkilərində iştirakın vacibliyində, ölkədə seçkilərin demokratik prosedurlar kimi qorunmasının vacibliyində, Müsavat Partiyası ilə əməkdaşlıqda bizim bütün fikirlərimiz üst-üstə düşür”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar