Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AFFA məşqçi təyinatına ehtiyatla yanaşır“



Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib


Toplantıdan  sonra namizədlərdən biri olan Vaqif Sadıqov  Qol.Az saytına müsahibə verib.

-Əvvəlcə Məşqçilər Komitəsinin yaradılmasına münasibətinizi bilmək istərdik.

-  Əlbəttə ki, çox düzgün addımdır. AFFA-nın baş katibi Elxan Məmmədov özü də bildirdi ki, Məşqçilər Komitəsinə ehtiyac var. Qeyd etdi ki, bu işdə sizə güvənirik. AFFA-nın bütün layihələrində bizim iştirakımız nəzərdə tutulub. Bizim işimiz təkcə milli komanda ilə bitməyəcək. Futbolun bütün yaş qruplarını nəzarətdə saxlamalıyıq. Çalışacağıq ki, Azərbaycan futboluna töhvə verək.

-Komitə üzvləri dörd nəfərdən ibarət olacaq?

- Hələlik dörd nəfərik: Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və mən. Ola bilər ki, yaxın günlərdə daha bir nəfər əlavə olunsun. Ancaq hələlik bu heyətlə fəaliyyətə başlayırıq. 

- İclasda hansı məsələlər müzakirə olundu?

- Çox maraqlı fikir mübadiləsi oldu. Klublarımızın və millimizin inkişaf perspektivindən danışıdq. Öz təkliflərimizi irəli sürdük. Nüfuzumuzu qorumaq üçün əlimizdən gələni etməliyik ki, bu Komitə Azərbaycan futbolunun inkişafına təkan versin. 

- Məşqçilər Komitəsinin millimizin baş məşqçisinə məsləhət vermək hüququ olacaq?

- Bəli, Elxan müəllim də qeyd etdi  ki, artıq yeni gələn baş məşqçi bilməlidir ki, tanınmış,  yerli mütəxəssislərdən ibarət  MəşqçilərKomitəsi ona öz tövsiyələrini verəcək. Təcrübəmizdən istifadə edib, məşqçilərkorpusuna köməklik göstərəcəyik.  Bundan başqa yeni baş məşqçi hər il hesabat verəcək. 

- Yeni baş məşqçinin təyin olunmasında necə, sizin təklifləriniz nəzərə alınacaq?

- Artıq yeni baş məşqçinin təyinatına çox qalmayıb. Biz indidən ona görə  işə başlayırıq ki, klubların fəaliyyəti ilə tanış olaq, oyunları izləyək. Bundan başqa aşağı yaş qrupları ilə də mütəmadi maraqlanacağıq. Görüləsi işlər çoxdur. Ona görə də də vaxt itirmdən  bu işə başlamaq istəyirik. İnanıram ki, bunun bəhrəsini gələcəkdə görəcəyik. İstər-istəməz yeni baş məşqçinin təyinatı məsələsində bizim fikirlərimizi də dinləyəcəklər.

- İclasda millimizin  baş məşqçi vəzifəsinə namizədlər haqda müzakirə aparıldı?

- Artıq elan olunub ki, millimizə əcnəbi mütəxəssis rəhbərlik edəcək. Biz sırf hansısa namizəd haqda müzakirə aparmadıq. Ancaq namizədlərlə danışıqlarda da bizim iştirakımız nəzərdə tutulub.

- Milli komandamızın baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki bu gün Bakıya gəlib. Onun mümkün təyinatı ilə bağlı nə deyə bilərsiniz?

- Onun millimizə baş məşqçi təyin olunacağı ilə bağlı dəqiq qərar verilməyib.AFFA məşqçi təyinatına çox ehtiyatla yanaşır. Prosineçki namizədlər arasında olsa da, onun haqqında geniş müzakirələr olmayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar