Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AĞ blok”un 4 namizədi qeydə alınıb


Tural Abbaslı: “Yeni siyasi güc kimi tarixə düşəcəyik”


Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı imzatoplama və namizədlərin qeydiyyata alınması prosesi başa çatdı. Artıq seçkilərdə iştirak edəcək qurumların namizədləri say baxımından konkret olaraq müəyyən edilib. 

Əsasən, gənclərdən təşkil olunmuş “AĞ blok” bu seçkilərə 8 namizədlə qatıldı və yalnız 4 nəfər millət vəkilliyinə iddiaçı kimi qeydə alındı. Digər namizədlər isə, dairə seçki komissiyalarının (DSK) qərarlarından şikayət veriblər. 

Blokun yaradıcılarından olan, namizədliyi 21 saylı Nəsimi seçki dairəsindən qeydə alınan Tural Abbaslı bildirdi ki, qısa müddət ərzində qurum olaraq formalaşmalarına baxmayaraq, ciddi uğurlara imza atıblar: “Blokumuzun 8 namizədindən 4-ü qeydə alındı. İmtina olunan şəxslərdən şikayət etmişik. Tam qanunsuzluq etdilər. Bu seçkilər yeni siyasi qüvvə olaraq, ilk qatıldığımız prosesdir. 50%-dən çox namizədimiz qeydə alındı. Bizim üçün ciddi uğurdur. Baxmayaraq ki, bəzilərindən fərqli olaraq qərargahlarımız, strukturlarımız yoxdur. Azərbaycanın siyasi sferasında, cəmiyyət arasında populyarlıq qazanmağı bacarmışıq. Beynəlxalq aləmin  də diqqətini cəlb etmişik. Bu istiqamətdə işlərimiz davam edəcək. Seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası başladı. Biz çalışacağıq ki, bu müddətdən istifadə edib, həm namizədlərimizin, həm də “AĞ blok”un təbliğatını yüksək quraq. İnsanların artıq qulaqlarında pas atmış ənənəvi şüar, vədlər vermək istəmirik. Hazırda müşahidəçilərin, plakat, bukletlərin hazırlanması mərhələsindəyik. Namizəd olduğum 21 saylı Nəsimi seçki dairəsindən xüsusi şikayətim olmadı. Hətta bəzi məsələlərdə hüququ yardım göstərildi. Digər dairələr barədə bu sözləri demək mümkün deyil. Bütün seçki vasitələrindən istifadə etməyə çalışacağıq. Siyasətə gətirdiyimiz yenilik insanların yorulduğu üzlər, mesajlar, şablon sözlər olmayacaq. Biz təmiz, ağ, karyerası ləkənməmiş təmiz insanların siyasətə gəlmələrini təmin edəcəyik. İnsanlara nağıl danışmaq fikrindən uzağıq. Bu günə qədər qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq. Belə davam edib, yaxın gələcəkdə siyasətdə ağ rəmzi özündə daşıyan yeni qurumu cəmiyyətə təqdim edəcəyik. Yeni siyasi güc kimi tarixə düşəcəyik”.

“AĞ blok”un qeydə alınmayan namizədi Əhəd Məmmədli ona qarşı Azərbaycan tarixində görünməmiş qanunsuzluq edildiyini söylədi: “DSK tərəfindən gülünc bəhanə ilə qeydə alınmadım. Mənə imza verən yaşlı insanlardan video-müsahiblər alıblar. Guya mənə bir nəfər 5-6 imza veriblər. Açıqca mənə dedilər ki, kimdən şübhələndiksə, ona imza verilən ünvanlara getdik. Dairədə yalnız mənə qarşı belə qanunsuzluq etdilər. Bunu siyasi qərar kimi qiymətləndirirəm. Həmin dairədən YAP-ın namizədi əvvəlki seçkilərdə Səbayeldən namizəd olan Fuad Muradovdur.  Ona əsas rəqib mən idim. MSK-ya şikayət vermişəm. Hazırda müxalifət daxilində ən fəal qurum “AĞ blok”dur. Blokun lideri Tural Abbaslının səfirliklərlə görüşü oldu, möhtəşəm təqdimat tədbiri keçirdik. Ciddi nailiyyətdir. Namizədlərimizin sayı arta bilər. Şikayətləri gözləyirik”.

Qurumun 60 saylı Salyan-Neftçala seçki dairəsindən olan namizədi Kərim Ağarzanın 512 imzası düzgün çıxmasına baxmayaraq, gənc namizəd iş yerini düzgün göstərməmə iddiası ilə qeydə alınmayıb. K.Ağarza bunun səbəblərindən danışdı: “Siyasi səbəbdən qeydə alınmadım. Rayonda böyük nüfuza sahibəm. Ətrafımda dairəni əhatə edən yüzlərlə gənc var. Yeri icra strukturları qorxuya düşdülər. Çox qısa müddətdə imzaları yığdıq. Dairənin özü 512 imzanı doğru çıxardı. Hətta özləri etiraf etdilər ki, indiyə qədər belə düzgün imza dairədə yığılmayıb. Mənimlə dil tapa bilməyəcəklərinə əmin idilər. Çünki, mən gəncliyin yeni siyasi qüvvəsinin namizədi idim. Guya, torpaqyani sahəmi, gəlirlərimi gizlətmişəm. Gülməli bir bəhanə gətirdilər. MSK-ya dörd səhifədən ibarət şikayət hazırlamışam. İnanırıq ki, MSK haqsızlığın qarşısını alacaq. O dairədən qeydə alınmasam, demokratik seçkidən söhbət gedə bilməz. Çünki Fəzail Ağamalının əsas rəqib gözündə gördüyü namizəd mən idim”.

78 saylı Ağsu-İsmayıllı seçki dairəsindən “AĞ blok”un qeydə alınmış namizədi Zəka Sahib təbliğat prosesinə başladığını bəyan etdi: “Biz gücümüzü səfərbər edib, insanları seçkilərdə aktiv olmağa çağırırıq. Seçkilərinin demokratik keçiriləcəyi inam çox zəifdir, çünki hakimiyyət artıq bir neçə əngəllərini həyata keçirib, lakin seçicilər bütün əngəllərin qarşısını alma gücünə malikdir. Səsvermədə aktiv olsalar saxtakarlıq azalacaq. Təbliğat kompaniyasını seçki qərargahımla birgə komanda şəklində quracağıq, insanların ayağına gedib, onların problemlərini dinləmək əsas məqsədimizdir. “AĞ blok”un 8 namizəddən dördünün qeydə alınmaması hakimiyyətin demokratik seçki keçirməklə bağlı münasibətin ortaya qoydu, lakin yeni yaranmış bir blokun 4 nəfəri qeydiyyatdan keçməsi özü də bir uğurun başlanğıcıdır. Hakimiyyət “AĞ blok”u güc bildiyindən bu qədər manelər törətdi”.

Blokun Nərimanovdan qeydə alınan namizədi Xanlar Abbas üç qurumun iddiaçı olduğunu qeyd etdi: “Təbliğat materialları tam hazırdır. Həm Ümid partiyasının, həm 125-lər Siyasi Klubunun, həm də “AĞ blok”un namizədiyəm. Hər üç qurumun gücündən maksimum yararlanacam. 50 nəfərdən çox müşahidəçi müəyyən etmişəm. Seçkilərdə uğur qazanacağıma inanıram”.

“AĞ blok”un qeydə alınan sonuncu namizədi 92 saylı Zərdab-Ucardan Elbəy Əsədov problem yaşamadığını söylədi: “Blok olaraq, seçkidə iştirakı hədəflədik. Elə bir problem yaşamadım. Yüksək səviyyədə imzatoplama kampaniyası keçirdim. Seçicilərimlə təmas qurmaq imkanlarım oldu. Uğur qazanacağıma inanıram”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar