Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ASAN Kommunal” mərkəzlərində hansı xidmətlərin göstəriləcəyi açıqlandı

Vətəndaşlara “Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək”


APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
 
O bildirib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb: “ASAN Kommunal” mərkəzlərində xidmət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində “ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar “ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi hazırda “ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin “ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. “ASAN Kommunal” mərkəzlərinin ayrı, “ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”.
 
Dövlət Agentliyinin sədri qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək: “Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”.
 
İ. Kərimov onu da qeyd edib ki, “ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır: “ASAN Kommunal” mərkəzlərində xidmət “ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. “ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”.
 
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar