Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AST Telman” və Ziya Məmmədov dostluğu bitib?


Telman İsmayılov nəqliyyat naziri haqda suala elə bir cavab verdi ki...; ölkə mətbuatı aylar öncə yazırdı ki, Ziya Məmmədovun özünə qarşı təhlükəni sovuşdurmaq üçün dostlarından imtina etməkdən başqa çıxış yolu yoxdur


Ötən həftə Türkiyə mətbuatının AST Şirkətlər Qrupunun prezidenti, yəhudi milyarder Telman İsmayılovun (“AST Telman”) 1,4 milyard dollara başa gələn yeddi ulduzlu “Mardan Palace”nin külli miqdarda borc səbəbindən satışa çıxarılması barədə yaydığı xəbər ölkə gündəmin əsas mövzusuna çevrildi.

Xəbərdə deyilirdi ki, hotelə ilkin olaraq 325 milyon TL (130 mln. dollar) qiymət qoyulacaq və iyunun 3-də satışa çıxarılacaq.

Bugünlərdə Moskvada olan haqqın.az saytının əməkdaşları “AST Telman”la görüşüblər.  

T.İsmayılov deyib ki, Türkiyədə onun haqqında yalan məlumatlar yayan insanlar çoxdur: “Bu, bilərəkdən edilir. Məni bu ölkədən çıxarmaq istəyirlər. Mən tamamilə bu məlumatı təkzib edirəm. Təkrar edirəm, bu hoteli satmaq planlarım yoxdur”.

Onun sözlərinə görə, hotelin inşası zamanı bank kreditlərindən istifadə edib: “Söhbət yalnız 110 milyon dollardan gedir. Mənim Türkiyədə heç bir problemim yoxdur”.

“Mardan Palace”nin inşasından sonra Rusiya rəhbərliyi ilə münasibətlərinin pisləşməsindən danışan T.İsmayılov bunu “qlobal faciə” adlandırıb: “Mən həmin çətin vəziyyətdən çıxa bildim. Lakin düzünü deyim, Rusiyanın ali siyasi rəhbərliyinin həmin məsələyə heç bir aidiyyəti yox idi”.

Milyarder həmin gərgin vaxtlarda onun üçün Putinə müraciət etdiyi söylənilən Çeçenistan prezidenti Ramzan Kadırovla münasibətlərindən də danışıb: “Mən əvvəllər Ramzan Kadırovun atası, mərhum Axmat Kadırovla yaxın dostluq edirdim. Bəli, mənim Ramzan Kadırovla çox yaxşı münasibətlərim var. Və təkcə o yox, Rusiyanın ali elitasındakı digər insanlar da xahiş edirdilər”.

T.İsmayılov həmçinin yüz mindən çox azərbaycanlıya necə ruzi verməsindən də danışıb: “Mənim ”Çerkizov"dakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi. Onların hamısı bir parça çörəklərini qazanırdılar. İndi bu insanların əksəriyyəti işsiz qalıb..."

Azərbaycan hakimiyyəti ilə münasibətlərindən danışan T.İsmayılov bildirib ki, Azərbaycan rəhbərliyi ilə heç bir problemi yoxdur. “Mən uzun illərdir ki, şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir və böyük atasının işini məharətlə davam etdirir”, deyə, biznesmen vurğulayıb.

Jurnalistin AZAL prezidenti Cahangir Əsgərov və nəqliyyat naziri Ziya Məmmədovla dostluq münasibətləri haqda sualına T.İsmayılovun cavabı çox qəribə, hətta sensasion olub. Belə ki, AZAL prezidentini “həyat yolunda indiyədək gördüyü ən ləyaqətli adam” kimi xarakterizə edən, onunla dostluğunu çox  qiymətləndirdiyini deyən biznesmen Z.Məmmədov haqda bir cümlə belə işlətməyib və onun haqqında danışmayıb. O, yalnız deyib ki,  Azərbaycanda biznesi yoxdur. 

“Milyarderlər ittifaqı” haqda danışan T.İsmayılov qurumun Azərbaycan hakimiyyətinə müxalifətdə olmadığını deyib və Abbas Abbasov haqda da xeyli xoş sözlər işlədib. “Açıq deyim ki, mənə Abbas Abbasov haqda bəzi adamlar eyhamlar vurub. Onunla dostluğumuz uşaqlıq illərindən - onun 14, mənim isə 8 yaşım olandan başlayıb. Bu dostluğu indiyədək də davam etdiririk. Azərbaycanda vəzifəsindən istefasından sonra onun potensialından istifadə etmək lazım idi. O evdə oturası deyildi ki?”, -  deyə, T.İsmayılov bildirib.

O deyib ki, tez-tez Bakıda olur: “Sonuncu dəfə bir neçə ay bundan əvvəl olmuşam”.
***
Qeyd etmək yerinə düşər ki, “Mardan Palace”nin satışa çıxarılması barədə xəbərlər ilk olaraq “AST Telman”la çox yaxın dostluq münasibətləri olduğu deyilən nəqliyyat naziri Ziya Məmmədova yaxın saytlar tərəfindən təkzib olunmağa başladı.

Hələ aylar əvvəl KİV-lərdə belə iddialar dolaşırdı ki, “Milyarderlər ittifaqı”nın aparıcı simalarından biri olan “AST Telman”la Ziya Məmmədovu təkcə dostluq münasibətləri deyil, eyni zamanda  ortaq biznes birləşdirir. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla  baş nazirin sabiq müavini, AST Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. 2013 prezident seçkiləri ərəfəsində isə Z.Məmmədov  hakimiyyətə müxalif mövqe sərgiləyən A.Abbasovla hətta birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa danışıqlar aparıb.

Bu xəbərlər yayıldıqdan sonra mediada belə bir ehtimallar yazılırdı ki, Ziya Məmmədovun özünə qarşı təhlükəni sovuşdurması üçün dostlarından imtina etməkdən başqa çıxış yolu yoxdur. T.İsmayılovun hakimiyyətə çox yaxın olan AZAL prezidenti haqda xoş sözlər deyib, Z.Məmmədov haqda susması bu versiyanı gücləndirir. Məntiqlə “AST Telman” dostlarını hakimiyyətin hədəfinə çıxarmamaq üçün C.Əsgərovun da adını çəkməyə bilərdi. O da mümkündür ki, “AST Telman” Z.Məmmədovun son aylar hakimiyyətdəki mövqelərinin zəiflədilməsi barədə xəbəri bilir və nazirə əlavə başağrısı yaratmaq istəmir. Hər halda, T.İsmayılovun cəmi bir neçə il əvvəl toyda qol-qola oynadığı, başına pullar səpdiyi Z.Məmmədov haqda suala  susması çox təəccüblüdür...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar