Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AST Telman”ın batırdığı milyonlarla bağlı Ərdoğana sorğu


Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun Antalyada açdığı dəbdəbəli “Mardan Palace” otelinə görə “Halk Bank”dan 62,5 milyon dollar kredit alaraq geri qaytarmaması ilə bağlı xəbərlər Türkiyə mətbuatında böyük əks-səda doğurub


Virtualaz.org azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müavini Sezgin Tanrıqulu Ərdoğan hakimiyyətinə rəsmi şəkildə 4 sual ünvanlayıb. CHP bu məqsədlə baş nazir Rəcəb Tayyib Ərdoğanın müavini Əli Babacana rəsmi sorğu göndərib. O, sorğusunda Ərdoğan hökumətinə aşağıdakı sualları ünvanlayıb:

1. Antalyada tikilən və 2009-cu ilin may ayının 26-da açılışı olan təxminən 1,4 milyard dollara başa gələn beşulduzlu “Mardan Palace” otelinin sahibi, Azərbaycan əsilli rus biznesmen Telman İsmayılova 2009 və 2011-ci illərdə “Halk Bank” tərəfindən verilən 62,5 milyon dolların batması xəbəri doğrudurmu?

2. “Halk Bank” tərəfindən Telman İsmayılova verilən 62,5 milyon dollarlıq kreditin qanunsuz olaraq verilməsi ilə bağlı iddia doğrudur?

3. “Mardan Palace” otelinin 913, 78 kv.m-lik hissəsi dövlət torpaqlarında tikilib. Dövlət torpaqları isə bankda ipotekaya qoyula bilməz. Amma bildirilir ki, həmin ərazi bankda ipotekadadır. Bu doğrudurmu?

4. Telman İsmayılovun Türkiyədə ortaq olduğu şirkətlər hansılardır?

* * *

21/04  13:01

Türkiyədə səhmləri dövlətin nəzarətində olan “Halk Bank”la bağlı böyük qalmaqal üzə çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun Antalyada açdığı dəbdəbəli “Mardan Palace” otelinə görə bu bankdan 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb.

Xatırladaq ki, “Halk Bank” ötən il dekabrın 17-də Türkiyədə keçirilən rüşvət və korrupsiya əməliyyatında əsas hədəf olub. Məlum olmuşdu ki, İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə hökumətinin bəzi nazirlərinin də yardımı ilə bu bank üzərindən İrana aid on milyardlarla dolların qeyri-leqal transferini həyata keçirib. Əməliyyat zamanı bankın rəhbəri Süleyman Arslan də saxlanılmış və onun evində ayaqqabı qutularına doldurulmuş milyonlarla dollar nağd pul aşkarlanmışdı.

İndi isə məlum olub ki, “Halk Bank” 5 il əvvəl dünyanın məşhur ulduzlarının iştirakı ilə açılan “Mardan Palace” otelinin ehtiyacı üçün onun sahibi Telman İsmayılova 62,5 milyon dollar kredit verib. Lakin kreditin geri qaytarılmasında problem yaranıb və bank oteli araşdırmağa başlayıb.

Məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə məxsusdur və bank geri qaytarılmayan kreditin əvəzində həmin əraziyə iddia edə bilməz. Xəbərdə bildirilir ki, Telman İsmayılov atasının adını daşıyan otelin dəbdəbəli açılışını 2009-cu ildə Hollivud ulduzlarının iştirakı ilə həyata keçirəndən sonra kredit üçün “Halk Bank”ın qapısını döyüb.

“Halk Bank” rəhbərliyi isə bu cür dəbdəbəli mərasimlə açılan otelə kredit ayırmaq üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyiblər.


Lakin ötən ildən etibarən “Mardan Palace” kreditin geri ödənilməsini ləngitməyə başlayıb. Bank rəhbərliyi isə durumdan şübhəkənərək “Mardan Palace” ilə bağlı hesabat hazırlanmasını istəyib. 2013-cü ilin aprelində hazırlanan hesabata əsasən T.İsmayılov 1,4 milyard dollara başa gələn otelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği məlum deyil.

Həmçinin məlum olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsi - 914 kvadratmetrlik ərazi dövlətə məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Ərazi dövlətə məxsus olduğu üçün bank ödənilməyən kreditə görə həmin ərazini ala bilməz.

O da məlum olub ki, “Mardan Palace”in yerləşdiyi ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Otelin yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin mülkiyyətidir. Həmçinin otelin inşasına dair icazənin yoxa çıxdığı bəlli olub.

Beləliklə, müəyyən edilib ki, “Halk Bank” mülkiyyət və inşaat sənədləri baxımından riskli olan oteli maliyyələşdirdiyi üzə çıxıb. Bankdakı qaynaqlar “AST Telman”ın aldığı krediti hələ geri qaytarmadığı və problemin davam etdiyini bildiriblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar