Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATƏT-in Minsk Qrupu Ermənistana etimadı öyrətməlidir”


Kreml başçısının “Rusiyanın ərazi bütövlüyünə təhlükə yoxdur” mesajının Qarabağ məsələsinə hansı aidiyyəti var? Münaqişənin hərbi həll yolu yoxdur, sülh yolu isə dalana girib; tərəflərin bir-birinə yox, məhz Minsk Qrupuna etimad problemi yaşanır...


Azərbaycanlıların Kəlbəcərdə girov götürülməsi və bunun üzərində erməni tərəfinin siyasi şou düzəltmək niyyəti ATƏT-in ABŞAvropadan olan həmsədrlərini də ciddi şəkildə təlaşlandırıb. Təbiidir, çünki insident vasitəçilərin tərəflər arasında kövrək etimad atmosferi yaradıb prosesi irəli aparmaq təşəbbüslərinə növbəti zərbədir. Üstəlik, yaranmış gərgin şəraitdə AzərbaycanErmənistan prezidentlərinin növbəti təmasından danışmağa dəymir.  

Təsadüfi deyil ki, məsələyə münasibət bildirən amerikalı həmsədri Uorlik APA-ya açıqlamasında Azərbaycan-Ermənistan sərhədində, ümumən təmas xəttində insan ölümlərindən narahatlıq keçirdiyini dilə gətirərək deyib: “Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin artması sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir. ABŞ və Minsk Qrupunun həmsədrləri tərəflərə münaqişənin sülh yolu ilə həlli üçün kömək etmək istəyirlər. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Faktiki olaraq həmsədrlər gələcək addımları müzakirə etmək üçün Brüsseldə AzərbaycanErmənistan xarici işlər nazirləri ilə görüşmək istəyirlər”.

Bundan əlavə, diplomat ümid etdiyini bildirib ki, AzərbaycanErmənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın Parisdə görüşmək barədə təklifini qəbul edəcəklər. “Ötən ilin noyabrında prezidentlər Vyanada görüşəndə, tərəqqinin mümkünlüyünün şahidi olduq. İnanırıq ki, bu müzakirələrin davamı sülhə doğru vacib bir addım olacaq. Həmsədrlər və ABŞ istənilən köməyi göstərməyə hazırdır”, - deyə Uorlik əlavə edib.

Bu arada Ceyms Uorlikin Vyanaya yollandığı da məlun olub. Diplomatın tvitter səhifəsində yerləşdirilən qeydlərə görə, səfərdə məqsəd Minsk Qrupunun ofisini və ATƏT baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə bilgiləndirməkdir. “Bu gün (dünən-red.) ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, dünən Brüsseldə Minsk Qrupu həmsədrlərinin AzərbaycanErmənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib. Lakin çətin ki, bu cür insidentlər münaqişə tərəfləri arasında etimada işləsin. Əksinə, amerikalı həmsədrin də vurğuladığı kimi, analoji hadisələr sülh axtarışı yönündə səyləri yalnız geri döndərir. Yaranmış vəziyyət isə ən çox Rusiyanın xeyrinədir, çünki Azərbaycanla Ermənistan arasında nə qədər çox ziddiyyət olsa, bir o qədər o, Kremlin maraqlarına cavab verir. 

Problem həm də ondadır ki, neçə vaxtdır ABŞ və Fransa həmsədrlərinin təşviq elədiyi “xalq diplomatiyası” da daha kara gəlmir. O üzdən son vaxtlar Qarabağ zonasında müharibə risklərinin artmasından tez-tez danışılır. Qərbdə narahatlıq var ki, Ukrayna olaylarına görə uğursuz situasiyaya tuş gələn Rusiya öz acığını məhz Güney Qafqazdan çıxa bilər - Qarabağ cəbhəsində yeni müharibəni alovlandırmaqla. 

Kremlin yeni Qarabağ savaşında maraqlı olmasını hazırda başqa nüanslardan da görmək olar. Məsələn, Ukraynadan sonra Güney Qafqazın artan əhəmiyyətini ciddiyə alan rəsmi Moskvanın son aylar ərzində regionla həmsərhəd zonaya əlavə olaraq xeyli ağır hərbi texnika və canlı qüvvə topladığı haqda məlumatlar var. 

Əlbəttə ki, bu hərəkətlilik heç də Rusiyanın özünə qarşı hansısa xarici təhlükə olmasından qaynaqlanmır. Hər halda, Rusiya Təhlükəsizlik Şurasının srağagün keçirilən iclasından danışan Putin bəyan edib ki, Rusiyanın ərazi bütövlüyü və suverenliyinə real təhlükə yoxdur. 

Doğrudur, Ukraynadakı olaylar fonunda Təhlükəsizlik Şurasında bu mövzuda müzakirələrin aparılmasının özü də maraqlı hadisədir və siyasi təhlilçilər tərəfindən birmənalı qarşılanmayıb. Lakin bir şey dəqiqdir ki, heç kim, o cümlədən NATO Rusiyaya hücum eləməyə hazırlaşmır. Təhlükə zaman-zaman məhz Rusiyanın özündən gözlənilib. Necə ki, hazırda şimal qonşumuz Ukraynaya əzələ nümayiş etdirməkdədir və bu ölkə ilə sərhədə 40 minlik hərbi kontingent yığıb.

Deməli, Kremlin Azərbaycanın şimal sərhədinə topladığı, qeyri-adekvat sayda hərbi qüvvə də qətiyyən Rusiyanın təhlükəsizliyi ilə bağlı deyil, ən azından region dövlətlərini, ilk növbədə də Azərbaycanı təhdid eləmək, qorxu-hürkü altında saxlamağa hesablanıb.        

Belə vəziyyətdə şübhəsiz ki, vasitəçilik institutunun -  Minsk Qrupunun önəmi artmış kimi görünür. Minsk Qrupu isə ara-sıra nazirlərin, ən yaxşı halda prezidentlərin görüşünü təşkil eləməklə içini bitmiş hesab edir. Son vaxtlar bu da əlçatmaz olub. Odur ki, Kremlin Qarabağ kartından öz istədiyi kimi yararlanmaq imkanları artıb ki, azalmayıb. Minsk Qrupunun faktiki dağılması indi ən çox Moskvanın çıxarlarına uyğundur.    
 
Vasitəçiliyin böhran keçirməsi isə ilk öncə Azərbaycana - ərazisinin 20 faizi işğal altında olan tərəfə sərfəli ola bilməz. Çünki torpaqların sülh yolu ilə boşaldılması prosesi dalana giribsə, hərbi yolla işğala son qoyulmasına da imkan verilmir... 
   
ATƏT-in Minsk Qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir”. Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

“Minsk Qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, - deyə Ə. Həsənov vurğulayıb. Minsk Qrupunun öz mahiyyətini itirdiyini deyən Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını da qeyd edib.

Şübhə yox ki, belədir. İndi tərəflərin bir-birinə yox, məhz Minsk Qrupuna etimad problemi var.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar