Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abdulla cavan oğlanın boyununa zəncir vurub, it kimi gəzdirib“


Dörd divar arasında olan adamdan yazmaq düz deyil


Bunu bilirəm! Çünki həmin adamın cavab vermək imkanı yoxdur. Ancaq "AMAY ABDULLA”nın məhkəmədə "guruldaması” məni bu sətrləri yazmağa vadar etdi. Abdulla deyir ki, o, xan nəvəsidir

Əslən Naxçıvandan olsam da, bu məlumatın nə dərəcədə doğru və ya yalan olması haqda nəsə deyə bilmərəm. Zənn edək ki, Abdulla doğru danışır və o, həqiqətən xan nəvəsidir. Adətən belə əsl – nəcabətə malik olan şəxslər bir sıra üstün keyfiyyətləri özündə cəmləmiş olur. Bəs, Adullada necə, belə kriteriyalar olubmu?

Abdullanı konkret olaraq "AMAY”a görə tutublar. Mən onun həmin ticarət mərkəzinin tikintisində dövlətə nə qədər ” atdığını” deyə bilmərəm, ancaq bir çox insanların haqqını tapdamasını, bəzilərinə necə zülm etməsini dəqiq söyləyə bilərəm.

Çox savadlı və əxlaqlı qohumlarımdan biri universitetdə oxuyanda, öz tələbə yoldaşları ilə birlikdə "AMAY”ın tikintisində fəhlə işləyib. Qohumum deyir ki, düz 3 ay işləyiblər, ancaq oradan bir qəpik də olsun pul ala bilməyiblər. Sən demə, Abdullanın işçiləri tikintini bu üsulla aparırmışlar. Bir briqdanı 3 ay işlətdikdən sonra, onları pulsuz-parasız yola salıb, yerinə başqasını götürürmüşlər. Beləcə də, pulsuz işləyən fəhlə "karuseli” fırlanırmış. Qohumum deyir ki, yeganə ümidləri Abdullaya mürəciət etməyə qalıbmış. Hər halda, onun məsələyə əncam çəkəcəyinə inamları böyük olub.

Əl-qərəz, gediblər Abdullanın yanına. O, fəhləlik edən tələbələri dinlədikdən sonra, deyib: "Buradan elə gedirsiniz ki, gözüm sizi görməsin!”. Sonra əlaltılarına deyib ki,uşaqlara görk olmaq üçün ustanı gətirsinlər.

Tələbələr dəhşətə gəlib. Görüblər ki, bir nəfər cavan oğlanın boğazına zəncir salıb, it bənzər dörd ayaqlı kimi gətirirlər. Abdulla tələbələrə deyib ki, birdə onları pul tələb edən görsə, həmin ustanın gününə salacaq. Sonra məlum olub ki, sən demə, həmin usta oğlanın tavana vurduğu alçipan Abdullanın xoşuna gəlmədiyi üçün onu elə vəziyyətə saldırıbmış.

İndi özünüz nəticə çıxarın. Belə hərəkətlər xan nəvəsinə yaraşarmı?

Məhəmmədəli QƏRİBLİ,(Azinform.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar