Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abid Şərifovla Elçin Əfəndiyevin vəzifələri ləğv ediləcək” - İddia

Baş nazirin müavinlərinin sayı azaldılacaq. İddia edilir ki, Konstiutusiyaya edilən dəyişikliklər nəticəsində yaradılacaq vitse-prezidentlər postu Nazirlər Kabinetində də müəyyən islahatlara səbəb olacaq


Reyting.az xəbər verir ki, söhbət baş nazirin müavinlərinin sayının azaldılmasından gedir. "İxtisara düşəcək müavin postlarının hazirki sahibləri isə Abid Şərifovla Elçin Əfəndiyevdir. Onların səlahiyyətlərinin bir qismi digər müavinlər arasında bölüşdürüləcək, bir qismi isə ləğv olunacaq”, - deyən mənbə qaynarinfo-ya bunları söyləyib: 

"Bəziləri düşünür ki, bizdə yeni yaradılacaq vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər. Bu bir o qədər ağlabatan deyil. Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabinetinin buraxılacağı yönündə mətbuatda yer alan məlumatlar, ekspert rəyləri real səslənmir. Bununla belə, hökumət kabinetinin optimallaşdırılacağı kifayət qədər real məsələdir. Bu sıraya bəzi nazirlik və dövlət komitələrinin birləşdirilməsi və ya ümumiyyətlə ləğvi ilə bərabər, baş nazirin müavinlərinin sayının azaldılması da daxildir”

Qeyd edək ki, hazırda baş nazirin 6 müavini var. Bunlardan biri birinci müavindir (Yaqub Eyyubov). Digər müavinlər isə Elçin Əfəndiyev, Əli Əhmədov, eyni zamanda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov, İsmət Abbasov və Abid Şərifov. Doğrudur, Ə.Həsənovun müavin postunun da ləğv edilə biləcəyi yönündə iddialar dolaşır, amma mənbə bildirib ki, hazırda Elçin ƏfəndiyevAbid Şərifovun işsiz qalma ehtimalı daha yüksəkdir. Hazırda 76 yaşı olan Şərifov nə az, nə çox düz 21 ildir bu postu tutur. Əfəndiyev isə 73 yaşındadır və o da 20 ilə yaxındır bu vəzifəni icra edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar