Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Abutalıbovu ciddiyə almayın, gülün...” - Media mütəxəssisləri


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə KİV nümayəndələrinə qarşı aşağılayıcı münasibət sərgiləyib


Bakıya sonuncu yağış yağan zaman Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: "Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

Bu açıqlama isə dünən gecədən bəri sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb.
 
PİA.AZ bildirir ki, Bakı merinin belə bir açıqlamsına tanınmış media mütəxəssislərinin reaksiyasını öyrənmək üçün BakıPost.az-ın əməkdaşı kiçik sorğu keçirib.
 
Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Abutalıbov açıqlama verərkən şəhər meri olduğunu unudub: "Hacıbala müəllim bu söhbəti o qədər səmimi edib ki, hətta bir anlıq Bakı şəhərinin meri olduğunu unudub. O az qala Sovet dövründə olan iməcliklərdə edilən müraciətlər kimi danışırdı. Amma sadəcə olaraq yaddan çıxardıb ki, o, şəhər meridir”.
 
Q.Məhərrəmli hesab edir ki, bu məsələni ciddiyə almaq lazım deyil: Bu, qeyri-ciddi müraciətdir. Hər kəsin öz işi var. Hacıbala müəllim arx qazmalıdır, jurnalistlərdə onun yaxşı və ya pis arx qazmasını işıqlandırmalıdır. Fikrimcə, jurnalistlər şəhər merinin bu qeyri-ciddi "iradına” etiraz etməməlidir. Onlar buna xeyli yumoristik yanaşmalıdır, necə ki yanaşırlar. Məsələni çox müzakirə edəndə, ciddi fakta çevrilir. Məmurların hərəsi bir şeyi danışır. Media da bunu işıqlandırdığı zaman xeyli qeyri-ciddi mənzərə yaradır. Ona görə də yumorla bunların üstündən keçmək lazımdır. Bunu ciddi müzakirə mövzusuna çevirməyə ehtiyac yoxdur”.
 
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə vurğulayıb ki, mer seçki ilə seçilsəydi, onun ağlına belə bir şey demək gəlməzdi: "Çünki onu mütləq bütün mediada biabır edəcəkdilər və növbəti dəfə də seçilməyəcəkdi. Amma Hacıbala müəllim jurnalistlərdən və ya ictimai rəydən asılı deyil. Ürəyi nə istəyir onu da söyləyə bilir”.
 
Jurnalist məsələnin bu həddə çatmasında həmkarlarını da qınayıb: "Bizim jurnalist camiəsi özü-özünə hörmət qoysaydı, Hacıbala müəllim yenə də ağzına belə bir söz alıb deməzdi.
 
Jurnalistlərin tənqidindən çəkinərdi. Medianın böyük bir qismi məmurlar tərəfindən maliyyələşdirilir. Ona görə də Hacıbala müəllim rahat danışır”.
 
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, məsələyə iki kontekstdən yanaşmaq lazımdır:
 
"Jurnalistin işi yazmaqdır. Ümumiyyətlə, jurnalistlərin işi problemlərdən yazıb, onları qabartmaqdır. Jurnalistlər bu problemləri qaldırmalı, onların mövcudluğunu üzə çıxartmalıdır ki, problemlərin aradan qaldırılması üçün tədbirlər görülsün. Jurnalistlərdən başqa funksiya tələb eləmək olmaz.
 
Jurnalistikanın vəzifələri, jurnalistlərin görməli olduğu işlər barədə Hacıbala müəllim özü də məlumatlıdır. Təbii ki, onun bu sözünü zarafat, ya da yumoristik yanaşma kimi qəbul eləmək olar. Hacıbala müəllimin karyerası dövründə bu cür situasiyalar tez-tez ortalığa çıxır. Əlbəttə ki, dövlət rəsmisi olduğu üçün onun sözləri çox vaxt ciddiyə alınır. Hacıbala müəllim həm də zarafatı xoşlayan bir insandır. O baxımdan hesab edirəm ki, məsələnin qabardılmasına və üstünə gedilməsinə ehtiyac yoxdur. Gəlin bunu bunu bir zarafat kimi qəbul edək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar