Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Açıq hökumət təşəbbüsü“ mövzusunda dəyirmi masa keçirilib - Fotolar

Vətəndaş cəmiyyəti təşkilatları iyunun 30-da “Açıq hökumət təşəbbüsü: hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının qurulması imkanları” mövzusunda dəyirmi masa keçirib


Dəyirmi masada dövlət qurumlarının nümayəndləri, millət vəkilləri, beynəlxalq təşkilatların və xarici səfirliklərin nümayəndələri,  vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqil ekspertlər iştirak edib.

Tədbirdə Azərbaycan hökumətinin yeni qəbul etdiyi Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına müstəqil vətəndaş cəmiyyətinin mövqeyi ifadə edilib, açıq hökumət qlobal təşəbüsünün Azərbaycanda reallaşması  üçün mövcud imkanlar və problemlər ətrafında müzakirələr aparılıb. Tədbirdə eyni zamanda, Milli Fəaliyyət Planının icrası mərhələsində hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın qurulması perspektivləri dəyərləndirilib. 

Tədbiri giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev Açıq Hökumət qlobal təşəbbüsünün meyar və prinsipləri, bu təşəbbüsün Azərbaycan üçün əhəmiyyəti barədə danışıb. R.Ağayev qeyd edib ki, Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platforması şəffaflıın artırılması, vətəndaşların hüquqlarının genişləndirilməsi, yeni texnologiyalar əsasında idarəetmənin təkmilləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində milli hökumətlərin üzərinə mühüm öhdəliklər qoyur. AHT-nin bir platfoma olaraq hökumət, vətəndaş cəmiyyəti və özəl sektor arasında ideya və təşəbbüslərin paylaşılması, dialoq imkanlarının tapılması baxımından unikal mexanizm olduğunu qeyd edən ekspert vurğulayıb ki, Azərbaycan bu platformanın imkanlarından səmərəli istifadə etməkdə maraqlı olmalıdır. R. Ağayevin fikrincə, 2016-cı il mayın 4-də AHT Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması hökumətin bir sıra mühüm öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş verib: “AHT-nin Rəhbər Komitəsi tərəfindən 2014-cü ilin sentyabrında qəbul edilən “Təsir Siyasəti” adlı sənədin tələbinə görə, üzv ölkələr vətəndaşların və sivil toplumun informasiyalara əlçatanlığı məhdudlaşıdırmaqdan, QHT-lərin müstəqil işləməsinə, onların daxili və xarici fondlardan maliyyə alması üçün mühit pisləşməsinə, tənqidi səslərin boğulmasına imkan verməməli, hökumət vətəndaş cəmiyyəti ilə müzkirələrdə manipulyasiyadan qaçmalı, məsələhətləşmələrdə müstəqil QHT-ləri tərəfdaş kimi görməli, birləşmək və ifadə azadlğının məhdudlaşdırılmasına yönəlik addınmladan çəkinməlidir”. 
Sonda R.Ağayev vurğulayıb ki, Azərbaycan hpkuməti vətəndaş cəmiyyəti üçün mühitin yaxşılaşıdırlması ilə bağlı AHT təşəbbüslərini yerinə yetirəcəyi tədqirdə yaxın aylarda tamhüuquqlu üzv statusunun bərpa edləcəyi dərhal baş verəcək.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul “Açıq hökumətin təşviqinə dair yeni Milli Fəaliyyət Planı: vətəndaş cəmiyyətinin gözləntiləri” mövzusunda təqdimat etdi. Təqdimatçı çıxşını əsasən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” üzərində quraraq onu əvvəlki fəaliyyət planı (2012-2015) ilə müqayisə etdi. Onun sözlərinə görə,  yeni sənəddə Açıq Hökumətin təşviqi və Korrupsiyaya qarşı mübarizə Planları birləşdirilərək vahid sənəd şəklində təsdiq edilib:”Fəaliyyət planında 11 əsas istiqamət  və 60 alt istiqamət nəzərdə tutulur. Əvvəlki Fəaliyyət planında isə 9  əsas istiqamət (bənd) və 37 alt istiqamət (bənd) nəzərdə tutulurdu. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda isə 28 istiqamət (bənd) və 150 alt istiqamət (bənd) nəzərdə tutulurdu”. 

Q.Toğrul Fəaliyyət Planının üstünlükləri və çatımazlıqları barədə danışıb. Təqdimatçının fikrincə, ötən planın icrası dövründə icra olunmamış bəzi fəaliyyətlərin yeni planda nəzərə alınması, bəzi icrası mütəmadilik tələb edən fəaliyyətlərin icrasının yeni planda da əks etdiriməsi, maliyyə şəffaflığının təmin edilməsi və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühitin yaradılması istiqamətində yeni fəaliyyətlərin Proqrama salınması, vətəndaş cəmiyyəti Platformasının yaradılmasının nəzərdə tutulması, proqramın icrası müddətinin ötən proqramla müqayisədə daha qısa olması yeni sənədin üstünlükləridir. O, həmçinin Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini və Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlərin yeni Plana salınmasını müsbət addım kimi qiymətləndirib. 

Çıxışçı Planın zəif tərəfləri qismində elektron xidmətlərin çoxluğu, Açıq Hökumət prinsiplərinin təmin olunmasına az təsirli fəaliyyətlərin mövcudluğu, şəffaflıq və hesabatlılığın təmin olunması ilə bağlı fəaliyyətlərin yetərsizliyi, Planın qəbulundan əvvəl vətəndaş cəmiyyəti təmsilçilərinin ictimai dinləmələrə yetərincə cəlb olunmamasını qeyd edib. 

Sonda tövsiyələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev əsas diqqəti Açıq hökumət təşəbbüsündə vətəndaş cəmiyyəti- hökumət  əməkdaşlığının qurulması imkanlarına yönəldib. Onun sözlərinə görə, Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdən olub və təsadüfi deyil ki, təşəbbüsdən 1 il sonra – 2012-ci ildə Fəaliyyət Planı qəbul edildi. Fəaliyyət Planın qəbulunun ləngiməsinə səbəb vətəndaş cəmiyyəti ilə müzakirələr aparmaq oldu. Azərbaycanın statusunun inaktiv etməsi vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınmadan edilib.  
Açıq Hökuməti Təşəbbüsləri üzrə Vətəndaş Cəmiyyəti Platformasının yaradılması hazırda gündəmdədir, danışıqlar gedir. İstəyirik ki, Platformaya vətəndaş cəmiyyəti nümayəndələri ilə yanaşı millət vəkillərinin, sahibkarların daxil edilməsi nəzərdə tutulub. Eyni zamanada Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək və Platformanın işinə cəlb etmək barədə düşünürük. Yeni Fəaliyyət Planı bizi tam qane etməsə də icraedilə biləcək imkanlara malikdir. Plan təkcə 11 istiqamət 59 fəaliyyəti əhatə etmir, dövrü olaraq digər sahələrə də diqqət artırılacaq. Biz artıq monitorinq prosesinə başlamışıq və dövrü olaraq təkliflər veriləcək. Diqqəti VC-nin üzərinə gətirən çıxışçıya görə, hazırda qrantların verilməsi qaydalarının yumşaldılması istiqamətində işlər gedir, qrant verəcək donor təşkilatlarının siyahısı üzərində iş gedir. 

İştirakçılardan Qubad İbadoğlu, Azər Mehtiyev, Bəşir Süleymanlı, Akif  Qurbanov, Samir Əliyev, Rəna Səfərəliyeva, Abil Bayramov və digərləri vətəndaş cəmiyyəti- hökumət  əməkdaşlığında dialoq imkanları, Fəaliyyət Planının hazırlanmasında vətəndaş cəmiyyətinin rolubub artırılması, vətəndaş cəmiyyəti koalisiyasının yaradılması istiqamətində fikirlər səsləndirilib.  

Sonda qərara alındı ki, Açıq Hökumət Təşəbbüsü  Vətəndaş Cəmiyyəti Platformasının yaradılması istiqamətində vətəndaş cəmiyyətinin səyləri gücləndirilsin və bu istiqamətdə işçi qrupunun yaradılmasına başlansın 

Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.


İqtisadi Təşəbbüslərə Yardım ictimai Birliyinin 
Mətbuat Xdməti

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar